Yemək otağının divarları necə dizayn edilməlidir?

Yemək otağı evin digər otaqları qədər vacib olub, evdə gözəl vaxt keçirmə və yaxın insanları qonaqlama xüsusiyyətlərinə sahibdir. Bu qədər önəmli bir yerin dekorasiyasına çox xüsusi yanaşılmalıdır. Yemək otağının divarlarının düzgün dekorasiya olunması, düzgün rəng istifadəsi orada keçirilən vaxtı daha xoş edəcək. Çünki yaxşı dizayn olunmuş bir yemək otağında özünüzü çox rahat hiss edəcəksiniz. Evin geniş və ya yığcam olmasına görə yemək otağı mətbəx içi və ya qonaq otağında yer alır.

ev,dekorasiyasi,yemek,otagi,qonaq,otagi

Yemək otağının divarları necə dizayn olunmalıdır?

Yemək otağı dekorasiyası əsasən divar, yemək masası və mebeldən ibarətdir və bütün bunlar bir yerdə xüsusi uyğunluq içində olmalıdır. Mükəmməl yemək otağı deyə bir şey yoxdur insanın özünə uyğunlaşdırdığı, öz zövqü əsasında tərtib etdiyi yemək otağı vardır. Bu blogda Mutfakçı Mobilya olaraq sizə öz zövqünüzcə yemək otağı yaratmağa kömək edəcək fikirləri bölüşəcəyik. Ümid edirik ki, təqdim etdiyimiz  bir çox alternativ fikirlər içindən özünüzə uyğun dekorasiyanı tapacasınız.

ev,dekorasiyasi,yemek,otagi,qonaq,otagi

Divarların dizaynına necə başlamalıyıq?

Yemək otağı dizayn edilməmişdən öncə bir sıra suallara cavab tapılmalıdır. Otaqda daha çox kim vaxt keçirəcək, otaq genişliyi necədir, indiki genişlik qane edirmi, yemək otağında yemək stolu ətrafında təxminən neçə nəfər oturur. Bu suallara cavab tapdıqdan sonra artıq nələri necə dəyişdirəcəyiniz haqda az da olsa fikriniz olacaq. Bundan sonrakı mərhələdə siz otaqda hansı atmosferi yaratmaq istəyirsiniz bunu dəqiqləşdirməlisiniz. Otaqda parlaq, canlı rənglər yoxsa soluq açıq tonlar seçiminiz olacaq?

ev,dekorasiyasi,yemek,otagi,qonaq,otagi

Yemək otağı dizaynı digər otaqlarda olduğu kimi ilk öncə divarlardan başlanmalıdır.Divar dekorasiyasını edərkən xüsusi dizayn olunmuş ayna, çərçivə, aksessuar və rəflərdən istifadə etməklə yemək otağınıza gözəl görünüş bəxş edə bilərsiniz.

1.Yemək otağında divar rəngi

Divar rəngində açıq rənglərdən istifadə etməyiniz həm otağın geniş görünməyinə səbəb olacaq, həm də dekor üçün divara edilən əlavələrdə qarışıq görüntünün qarşısını alacaq. Otaqda rahatlıq yaratmaq istəyirsinizsə açıq rəngləri seçin. Amma bu o demək deyil ki, parlaq rənglərdən qaçmalısınız. Açıq rənglərlə parlaq rənglərin kombinasiyası otağın gözəlliyinə gözəllik qatacaqdır. Tavanı ağ, divarları isə qırmızı rəngdə etməklə siz  iştahaçıcı bir yemək otağı yarada bilərsiniz.

ev,dekorasiyasi,yemek,otagi,qonaq,otagi

Əyləncəli və səmimi bir mühit yaratmaq istəyirsinizsə daha isti və parlaq rənglər seçməlisiniz.  Narıncı rəng enerjili bir rəng olub yemək otağına girdikdə enerjinizi yüksəldə bilər. Ümumiyyətlə yemək otağı rənglərində ağ, qırmızı, narıncı, yaşıl, çəhrayı rənglərindən və tonlarından istifadə edə bilərsiniz. Yemək otağı üçün mavi rəngin istifadəsini məsləhət görməzdik çünki, mavi rəng iştah öldürən bir rəng olduğundan  yemək otağı üçün heç uyğun deyil. Bundan əlavə, yemək otağında daş divar görüntüsü yarada bilərsiniz. Bütün bunlar şəxsi zövq və büdcə əsasında formalaşır.

ev,dekorasiyasi,yemek,otagi,qonaq,otagi

2.Yemək otağı divarlarınızı bəzəyəcək Tablolar.

Bir yemək otağı divar tablolarsız çox boş görünər. Divar dekorasiyanızı gözəlləşdirən, şəxsi zövqləri ortaya çıxaran ən yaxşı aksesuar dekorativ tablolardır. Tablo seçərkən otağın stilini və rəngini nəzərə alınmalısınız. Seçdiyiniz tablonun rəngi otağın rəngindən daha qabarıq görüntü verməməlidir. Çünki bu zaman tablo çox ön planda olur, otaqdakı digər dekor əşyaları kölgədə qalır. Məsələn, soluq rənglər olan otaqda isti rənglərin çox olduğu böyük bir tablonu yerləşdirmək yaxşı görüntü verməyəcək. Belə bir uyğunsuzluğu otağınızda yaratmaq istəmirinizsə tablo rənglərini divar rəngləri ilə uyğunlaşdırın.

ev,dekorasiyasi,yemek,otagi,qonaq,otagi

Seçəcəyiniz tablonun ölçüsü də çox vacibdir. Böyük tablolar gözəl görüntü versə də, kiçik otaqlara uyğun deyil. Əgər divarınız çox boş görünürsə bu zaman bir neçə kiçik çərçivəli şəkillərdən istifadə edə bilərsiniz. Tablo çərçivələrini otağın stilinə görə seçin. Klassik üslubda otaqlar üçün ağ və ya qəhvəyi tonlar və üzərində klassikanı əks etdirən işləmələri olan çərçivə seçə bilərsiniz. Modern üslubda isə tam əksinə sadə, özündə heç bir göstərişi daşımayan çərçivə seçilməlidir.

ev,dekorasiyasi,yemek,otagi,qonaq,otagi

3.Yemək otağı divarı dekorunda Ayna istifadəsi

Aynalar bəlkə də gündəlik vaxt keçirdiyimiz hər yerdə yer alan bir əşyadır. Son vaxtlarda ehtiyacı qarşılamaqdan əlavə həm də dekor aləti kimi istifadə olunan aynalar hər bir stillə uyğunluq içində ola bilir. Ayna yemək otağına daha canlı və dinamik bir hava qatmağınıza yardımçı olacaq və otağınız kiçikdirsə daha geniş görüntü yaradacaq.

ev,dekorasiyasi,yemek,otagi,qonaq,otagi

ev,dekorasiyasi,yemek,otagi,qonaq,otagi

4.Yemək otağında dekorativ divar rəfləri

Dekorativ divar rəfləri adından da göründüyü kimi birinci növbədə gözəl görüntü məqsədi daşıyır. Otağın sadəliyindən qurtulmaq baxımından bunun çox düzgün seçim olacağına inanırıq. Lakin rəflərdə nələri yerləşdirəcəyiniz yemək otağının mətbəxdə yoxsa, qonaq otağında olmağından asılıdır. Yəni siz yemək otağını qonaq otağında salmısınızsa,  bu zaman açıq rəflərə kitab, saat, çərçivə və başqa dekorasiya yaradacaq əşyalar qoya bilərsiniz. Yemək otağı mətbəxin içindədirsə rəfdə fincanlarınızı, fərqli qablarda ədviyyatları və gün ərzində ən çox istifadə etdiyiniz əşyaları yerləşdirə bilərsiniz.

ev,dekorasiyasi,yemek,otagi,qonaq,otagi

ev,dekorasiyasi,yemek,otagi,qonaq,otagi

ev,dekorasiyasi,yemek,otagi,qonaq,otagi

5.Yemək otağının divarlarında dekorativ çərçivələr

Dekorativ çərçivələr ayna, rəf, tablolar qədər ev dekorasiyasında çox əhəmiyətlidir. Dekorativ çərçivələr formasından asılı olaraq həm klassik, həm də modern üslubla uyğunlaşa bilir.

ev,dekorasiyasi,yemek,otagi,qonaq,otagi

ev,dekorasiyasi,yemek,otagi,qonaq,otagi

ev,dekorasiyasi,yemek,otagi,qonaq,otagi

ev,dekorasiyasi,yemek,otagi,qonaq,otagi

Yemək otağınızı dizayn edərkən evinizdə fərqli aura yaratmaq istəyirsinizsə divar üçün hazırladığımız 5 dizaynı nəzərdən keçirməyinizi tövsiyə edirik.

Yemək otağınız mətbəx içidirsə, mətbəx dizaynı üçün “2019 Mətbəx Mebelləri Trendləri Mutfakçı Mobilyada” blogumuzu oxuyaraq, trendlərdən xəbərdar ola bilərsiniz.



Blog