Təmizlik mətbəxdən başlayır ! Virusların qənimi TƏMİZLİKDİR.

Virusların, Bakteriyaların  qənimi TƏMİZLİKDİR!

Təmizlik Mətbəxdən başlayır, Mətbəx mənzilinin ən çox vaxt keçirilən hissəsidir, nəticə etibarı ilə ən çox təmizlik tələb edən hissə də oradır. Son zamanlar Dünyada və Ölkəmizdə yaranan virusdan, xəsdəliklərdən qorunmağın ən birinci yolu təmizlikdir.

Təmizlik insan sağlamlığı üçün ən önəmli amillərdən biri hesab olunur. Mətbəxdə isə  təmizliyə riayət emək  daha da önəmlidir.

Mətbəxdə gigiyenanı təmin etmək üçün nələr edilməlidir?

Təmizlik mətbəxdən başladığı üçün, İlk növbədə bakteriyaların ətrafa yayılmasının qarşısını alınmalıdır.

Mətbəxdə ərzaq məhsulları ilə təmasda olarkən tez-tez masanı isti, sabunlu suyla təmizləyin və kağız dəsmalla yaxşıca qurulayın.

Yemək hazırlamağa başlamazdan əvvəl əllərinizi yuyun və kağız dəsmal ilə qurulayın. 

Soyuducunuzu daima təmiz saxlayın.

Soyuducunuzun 2-4°C arasında işləməsinə diqqət yetirin və ağızına qədər dol-durmayın. Çünki yeməklərin soyuya bilməsi üçün hava axınına ehtiyac vardır.

Buzun açılması məqsədi ilə bir qab içində soyuducuya qoyduğunuz qidanın suyunun başqa yeməklərin üzərinə axmaması üçün onun altına kağız dəsmal yerləşdirin.

Qida maddələrinin gigiyenik şəraitə uyğun saxlanılmasına diqqət yetirin.

Donmuş yeməklərin donunu masa üzərində saxlamaqla deyil, soyuducuda, kran-dan axan soyuq suyun altında  tutmaqla və ya  mikrodalğalı sobaya yerləşdirməklə  açmağa çalışın. 

Artan yeməkləri ən çox iki saat ərzində soyuducuya yerləşdirin və ən gec üç-dörd gün içində istifadə edin. 

Mətbəxdə istifadə olunan əşyaların təmizliyinə diqqət yetirin.

Hər dəfə yeni yemək hazırlamadan əvvəl, istifadə etdiyiniz əşyaları, qabları, kəs-mə taxtasını, mətbəx dəzgahını isti və sabunlu suyla yuyun və sonra kağız dəsmalla qurulayın.

Kəsmə taxtalarının üzərində bakteriya törəməməsi üçün ətlə təzə qida maddələrini ayrı-ayrı taxtalarda kəsin.

Yemək yeyildikdən sonra ən çox iki saat içində qab-qacaqları yuyaraq qurulayın, çünki yuyulmamış qab-qacaqlarda sürətlə bakteriya törəyəcəkdir.

 Təmizlik mətbəxdən başladığı üçün mətbəx  avadanlıqlarının, kirli səthlərin yuyulub təmizlənməsində xüsusi gigyenik vasitələrdən istidadə edin bu barədə  əvvəlki mətbəxdə təmizlik yazımızdan https://mutfakci.az/metbexde-temizlik-ucun-pratik-meslehetler/  məlumatlana bilərsiniz.

Dünya bir-birilə əlaqədədir. Buna görə də sadəcə şəxsi gigiyena qaydalarına riayət edilməlidir. İnsanların yediyi qidaların texniki işlənməsinə nəzarət olmalıdır.

Qidalanma barəsində:

Yeməklər hazırlanarkən bişirilmə temperaturuna riayət edilməsi, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılması, Çiy və az bişmiş ət və ət məhsullarından uzaq durmaq və həmçinin xam məhsulların istifadədən əvvəl təmizlənməsi mütləqdir. Gün ərzində bol maye qəbul etmək, mümkün qədər dincəlmək və yatmak lazımdır.

Təmizlik mütləqdir  əllərinizi tez-tez spirtlə silin, yaxud da ilıq su və ya sabunla yuyun. Çünki bu viruslar dezinfeksiyaedicilərə qarşı çox həssasdır”.

 

images 300x164 - Təmizlik mətbəxdən başlayır ! Virusların qənimi TƏMİZLİKDİR.

Əllərinizi sabunla və ilıq suyla yuyun.

 Ümumi Dünya Səhiyyə Təşkilatı bildirir Özümüz, ailəmiz, ətrafımız və dünyamız üçün gigyenik qaydalara riayət edək, Sağlamlığımızı qoruyaq!

 

 

Əlavə Bloglarımıza keçid üçün aşağıdaki linklərə klikləyə bilərsiniz :



Blog