Şorqoğal necə hazırlanır?

Novruz bayramında süfrələrin bəzəyi olan xonçada, qoğalın olması mütləqdir. Bu blogda Mutfakçı olaraq sizinlə Novruz atributu olan şorqoğalın hazırlanma reseptini paylaşacağıq.

Şorqoğalın hazırlanma resepti

Xəmir:

Un – 1kq

Yumurta – 2 ədəd

Süd – 2 st (ilıq olmalıdır)

Kərə yağı – 200q

Duz – 1ç.q

Quru maya – 1ç.q

Sarıkök – 1ç.q

 İç:

Un – 2st

Kərə yağı – 1st

Üyüdülmüş cirə – 2ç.q

Duz- 1 ç.q

İstiot -1/2 ç.q

Sarıkök – 1/2 ç.q

Razyana – 2ç.q

Üstü:

Yumurta – 1 ədəd

Çörək otu

Kərə yağı -450-500q (yağlamaq üçün)

Hazırlanması:

Şorqoğal xəmiri.

İlk öncə kiçik bir qabda ilıq südün içinə mayanı töküb qarışdırın və kənara qoyub köpüklənməsini gözləyin. Köpüklənmə prosesi 5-10 dəqiqə çəkəcəkdir. Sonra başqa bir qaba süd töküb qızdırın və sarıkök əlavə edin.

Qab götürün içinə unu ələyin və unun ortasını açıb içinə kərə yağını, öncədən hazırladığınız sarıköklü südü, duzu, mayanı və yumurtaları əlavə edib, əlavələr tam həll olana kimi xəmiri yoğurun. Xəmir çox bərk olmamalıdır. Əgər xəmir hələ də əlinizə yapışırsa o zaman biraz un əlavə edib yoğurmağa davam edin. Yoğurduqdan sonra acıması üçün üzərinə sellofon çəkin və dəsmalla örtüb  isti yerdə 1 və ya 1 saat yarım saxlayın.

şorqoğal,hazırlanma,resepti,novruz,bayramı,şirniyyat,xonça

Şorqoğalın içliyi.

Tavaya içlik üçün ayırdığınız unu töküb ocağa qoyun. Ocaqda un qızılı rəngdə olana kimi qarışdıraraq ovurun. Soyumasını gözləyin və sonra üzərinə duz, istiot, sarıkök, cirə və razyananı töküb qarışdırın.

şorqoğal,hazırlanma,resepti,novruz,bayramı,şirniyyat,xonça

Şorqoğalın hazırlanması.

Hazırlanmış xəmirdən kündələr hazırlayın və 5 dəqiqə kündələri saxlayın sonra, yuxaları yayın və yağlayın. Yuxaları iti bıçaqla eni 5 sm, uzunluğu 30 sm olaraq zolaqlara bölün. Zolaqları rulet kimi bükün  və ortasını aralayıb oval formaya salın sonra, hər birinin içinə 2 çay qaşığı içlik qoyub ağzını bükün. Daha sonra qoğalı yastılayın. Qoğallar qurumasın deyə sobaya qoyana qədər üzərinə sellofan çəkin.

şorqoğal,hazırlanma,resepti,novruz,bayramı,şirniyyat,xonça

şorqoğal,hazırlanma,resepti,novruz,bayramı,şirniyyat,xonça

Listi yağlayıb qoğalları bir birindən aralı vəziyyətdə listə düzün, üzərinə yumurta sarısı çəkib çörək otu səpin. Sonra əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 180 dərəcədə qızaranadək bişirin.

 

Nuş olsun!

 



Blog