Novruz bayramı süfrəsi necə olmalıdır?

Novruz hər kəs tərəfindən səbirsizliklə gözlənilən bayramdır. Novruz bayramı baharın gəlişi, təbiətin oyanması ilə xarakterizə olunur. Baharın gəlişi ilə insanlara yeni əhval gəlir, təbiətdə baş verən dəyişikliklər insanın ruhunu oxşayır. Azərbaycanda Novruz bayramı tam fərqli qarşılanır və hər bir evdə tən-tənəli şəkildə qeyd olunur.

novruz,sufresi,qogal,sekerbura,paxlava

Novruz atributları olan Kosa, Keçəl, Səməni, Bahar qız, Tonqal kimi Novruz süfrəsi də çox önəmlidir. Novruz bayramı sadaladığımız atributlarsız təsəvür olunmadığı kimi, Novruz süfrəsini də, şəkərbura, paxlava, qoğal və badamburasız təsəvvür etmək mümkün deyil. Hər bir xanım evində süfrəsini özünəməxsus şəkildə hazırlayır lakin, demək olar ki bütün süfrələrdə eyni təamlar yer alır.

Mutfakçı Mobilya, sizə bu yazıda Novruz bayramında süfrəyə hansı yeməklər təqdim olunmalı, yeməklər necə hazırlanmalı və süfrəni necə bəzəyəcəyinizə dair məlumatlar verəcəkdir.

Novruz süfrəsində siz bir çox rənglərdən istifadə edə bilərsiniz. Təbiətin oynanmağı və yazın gəlişi ilə əlaqəli olaraq ən çox süfrədə təbiət rəngləri olan yaşıl, qırmızı, çəhrayı və ağ rənglər yer almalıdır.

Novruz süfrəsində yeməklər.

Novruz süfrəsində yeməklərin şahı olan Plov olamlıdır. İnanca görə süfrədə 7 növ yemək yer almalıdır. Süfrələrin şahı olan plovsuz Novruz süfrəsini təsəvvür etmək mümükün deyil. Bundan əlavə süfrəyə ləvəngi qoyula bilər. Ləvəngi mütləq şit balıqdan hazırlanmalıdır. Balığın Novruz süfrəsində mütləq yer almasının mənası balığın cəld canlı olması ilə bağlıdır. Yəni bununla insanlara həyatda cəld olmağı arzulayırlar.  Bundan əlavə siz süfrə üçün müxtəlif salatlar hazırlaya bilərsiniz.

novruz,sufresi,qogal,sekerbura,paxlava,cerez

Novruz Xonçası Necə Olmalıdır?

paxlava,resept,novruz,bayrami,sekerbura,şəkərbura,metbex,mebeli,mətbəx,mutfakci,mutfakçı

Novruz süfrəsinin bəzəyi xonça artıq çərşənbələrdən hazır olmalıdır. Xonçada S hərfi ilə başlayan 7 nemət olmalıdır. Bunlardan başlıcası səmənidir. Səmənidən başqa bolluq  bərəkət mənasını özündə  daşıyan bəzi nemətlər də xonçada yer almalıdır. Bu nemətlərdən biri də qovurğadır. Qovurğa ilaxır çərşənbədə qovurmalıq buğdadan qovrulur. Qovurğa bərəkət simvoludur. Zövqə görə qovurğaya küncüt, qoz, boranı tumu, düyü əlavə edilə bilər. Xonçaya qoz fındıq da qoyulur ki bu güc rəmzidir və digər çərəzləri (iydə, innab, yer fındığı, püstə, badam) xonçaya əlavə edə bilərsiniz.

novruz,sufresi,qogal,sekerbura,paxlava,cerez

Novruz şirniyyatları olan şəkərbura, paxlava, qoğal və badamburasız xonçanı təsəvvür etmək mümkün deyil. Novruzun atributlarından olan yumurta dünyanın yenidən canlanması mənasında olub, xonçanın bəzəyidir. Və ən son xonçaya ailə üzvlərinin sayı qədər şam düzülməlidir. Bəzi inanclara görə bu say 7 olmalıdır.

Səməni necə cücərdilir?

novruz,sufresi,qogal,sekerbura,paxlava,cerez

Səməni bolluq bərəkət rəmzi olub, təbiətin dirçəlməsinin simvoludur. Səməni yazda səpilən toxumun keyfiyyətini yoxlamağa imkan verir, əgər səməni yaxşı cücərərsə həmin ildə bol məhsul alınacağın xəbərçisidir. Səməni həm də xeyirxahlıq simvolu olaraq xarakterizə edilir,  adətən çərşənbə günü, bayrama 10-15 gün qalmış qoyulmalıdır. Buğdadan qoyulan səməni ilə yanaşı arpa və vəzəri toxumundan qoyulan səmənilər də var. Lakin görünüşcə fərqlənirlər. Buğda səmənini qoyacağınız qaba uyğun miqdarda olmalı və üzərinə su əlavə edilməlidir, qurumasından asılı olaraq vaxtaşırı sulanmalısınız.  Səməni işıqlı yerə, evin günəş işığı alan yerinə qoyulmalıdır. Bayramdan sonra səməni axar suya atılmalıdır.

Novruz şirniyyatları

novruz,sufresi,qogal,sekerbura,paxlava

Novruz Paxlavası (resept üçün bura daxil olun)

Azərbaycan mətbəxində paxlavanın bir çox növləri vardır ki bunların ən çox yayılanı, insanlar arasında daha çox seviləni qozlu novruz paxlavasıdır. Bəzən Bakı paxlavası adlanan bu paxlava növü Novruz süfrələrinin, xonçaların bəzəyidir. Novruz şirniyyatları əcdadlarımızın astral təsəvvürləri ilə bağlıdır. Paxlava ulduz simvoludur və alimlərə görə rombu xatırladır. Romb həyat ağacının mərkəzi elementidir.

paxlava,resept,novruz,bayrami,sekerbura,şəkərbura,metbex,mebeli,mətbəx,mutfakci,mutfakçı

Novruz Şəkərburası (resept üçün bura daxil olun)

Şəkərbura burulmuş şəkər mənasını verib, təzə ayın xəbərçisidir. Novruzda süfrəyə qoyulan bütün şirniyyatlar bolluq mənasındadır. Hər bir region öz mentalitetlərinə uyğun şəkərburaya naxışlar vururlar necə ki, xalçaya hər region fərqli naxışlar edir.

novruz,sufresi,qogal,sekerbura,paxlava,cerez

Novruz  Qoğalı  (resept üçün bura daxil olun)

Günəşin simvolu olan qoğal Novruz süfrələrinin bəzəyidir. Qoğalın bir çox növləri olmağına baxmayaraq, əsasən Novruz süfrəsinə şirinqoğal qoyulur.

novruz,sufresi,qogal,resepti

Novruz Yumurtası

Bayram süfrəsini bəzənmiş yumurtalar da bəzəyir. Yumurtalar dünyanın yaradılışına işarə olub, bəşəriyyətin şad yaşamağının təcəssümüdür. Əsasən yumurtaları qırmızı rəngə boyasalar da son zamanlarda müxtəlif üsullarda və müxtəlif rənglərdə boyamalar yayılmışdır.

novruz,bayrami,bezedilmis,yumurta

Novruz inancları

İnanca görə Novruz süfrəsinin bolluğu növbəti ilin bərəkətli, uğurlu olması ilə qarşılıqlı şəkildə əlaqəlidir. Adətə görə süfrədə “s” hərfi ilə başlayan 7 nemət qoyulmalıdır. Misal olaraq su, süd, sümbül, səməni, sirkə, sumax, səbzi və s. nemətləri qoymaq olar. Başqa bir adətə görə bayramda süfrəyə 7 növ şirniyyat, 7 növ yemək, 7 növ çərəz qoyulmalıdır. Süfrədə ən çox şirin yeməklər yer almalı, çörəyin olması vacib şərtdir.

Mutfakçı Mobilya sizin qarşıdan gələn Novruz bayramınızı təbrik edir!

 

 



Blog