Novruz paxlavası necə hazırlanır?

Paxlava, Novruzun əsas atributlarından biri olub, Novruz süfrəsində özünəməxsus yeri vardır. Azərbaycan mətbəxində paxlavanın bir çox növləri vardır. Lakin, bunların arasında Novruz paxlavasının yeri tam başqadır. Bu blogda Mutfakçı Mobilya olaraq sizinlə paxlavanın hazırlanma qaydasını bölüşəcəyik.

paxlava,resept,novruz,bayrami,sekerbura,şəkərbura,metbex,mebeli,mətbəx,mutfakci,mutfakçı

Paxlavanın hazırlanma resepti

Ərzaqlar.

Xəmir:

Un – 6 st

Yumurta – 4 ədəd

Xama – 200 qr

Kərə yağı – 100 qr

Bitki yağı – 3 xörək qaşığı

Süd  – 1 st

Maya – 30 qr

 

İç:

Qoz – 1200 qr

Şəkər tozu – 1 kg

Badam – 300 qr

Əzilmiş hil -2-3 ədəd

Şərbət:

Şəkər tozu – 500 qr

Gülab – 1,5 st

Limon – 1 dilim

paxlava,resept,novruz,bayrami,sekerbura,şəkərbura,metbex,mebeli,mətbəx,mutfakci,mutfakçı

Paxlava xəmiri.

İlk öncə xəmir hazırlanır. Unu bir qabda ələyirik, sonra içinə qızdırılmış süddə mayanı həll edib əlavə edirik. Növbəti addımda yumurta, xama və kərə yağını əlavə edilib yoğururuq. Xəmirin acıması üçün isti yerdə 1 saat və ya 1 saat yarım saxlanılır.

Yoğurduğunuz xəmiri unlu səthə qoyaraq 15 kündə hazırlayın. 13-ü kiçik ölçüdə, digər 2-sini isə alt və üst üçün nisbətən böyük hazırlayın.

Paxlava üçün şərbət.

Şərbəti hazırlamaq üçün gülab və şəkər tozunu qazana töküb qaynatmaq lazımdır. 15 dəqiqə qaynadıqdan sonra içinə 1 dilim limon əlavə edilir. Bu şərbətin xarlamaması üçündür. Soyuması üçün şərbəti kənara qoyun.

Paxlavanın içliyi.

Paxlavanın içliyi üçün ilk öncə qoz qovrulmalı və qabığı təmizlənməlidir. Təmizlənmiş qoz qozçəkən maşından keçirilir və sonra üzərinə şəkər tozu, vanil və zəfəran əlavə edərək blednerdən keçirin. İçlik hər qat arasında bərabər bölünməlidir.

paxlava,resept,novruz,bayrami,sekerbura,şəkərbura,metbex,mebeli,mətbəx,mutfakci,mutfakçı

Hazırlanması.

İlk öncə kərə yağını əridin.

Böyük kündələrdən birini götürüb 0,5 mm qalınlığında yayın, listi yağlayıb yuxanı sərin. Yuxanız nə qədər nazik olarsa paxlavanız bir o qədər dadlı olacaq. Birinci qatın üzərinə 3 mm qalınlığında olan içliyi tökürük və ikinci yuxanı yayırıq bu üsulla bütün qatları yerləşdiririk. Sonuncu yuxanı da sərdikdən sonra paxlavanı bıçaqda eni 4 sm, uzunluğu 10 sm olan romblar şəklində kəsin və üstünə zəfəran şirəsi qatılmış yumurta sarısını çəkin. Paxlava romblarının mərkəzinə qoz, fındıq və ya badam düzün.

Listi əvvəlcədən qızdırılmış sobaya qoyun. Soba 180-200 dərəcədə olmalıdır. 40 dəqiqəyə yaxın sobada bişirin. Son 15-20 dəqiqə qalmış üzərinə əvvəlcədən hazırladığınız şərbəti əlavə edin.

paxlava,resept,novruz,bayrami,sekerbura,şəkərbura,metbex,mebeli,mətbəx,mutfakci,mutfakçı

Nuş olsun!

 



Blog