Mutfakçı Design Center

Mutfakçı Mobilya, Azərbaycanda ən böyük mətbəx mebeli sərgi salonu olan Mutfakçı Design Center -i müştərilərə təqdim edilir.

mutfakci,design,center,metbex,mebelleri,salonu,otaq

Mətbəx salonunda əsas dizayn istiqamətlərini özündə birləşdirən bütün mebellərin sərgilənməsi nəzərdə tutulur. Daha ətraflı desək, Mutfakçı Design Center -də aşağıdakı əsas dizayn üslubları müştərilərə təklif edilir.

1.Klassik mətbəx mebelləri. Salonumuzda İtalyan klassik stili ilə yanaşı, kübar dizayn elementlərini özündə birləşdirən mətbəx kolleksiyaları yer alır.

2.Müasir mətbəx mebelləri. Design Center -də mətbəx mebellərində istifadə olunan bütün müasir elementlər müştərilərə təqdim ediləcək. Belə ki, mətbəx mebellərində qulpsuz kolleksiyalar, bir əl toxunuşu ilə açılan dolablar, RAL rəng kataloguna aid minlərlə rəng çalarına malik fasad çeşidləri təqdim ediləcək.

3.Vintaj stilli mətbəx mebelləri. Mutfakçı Design Center -də son dövrlər mətbəx otaqlarının interyer dizaynında istifadə edilən vintaj mətbəx mebeli kolleksiyası olacaq (Retro stil).

mutfakci,design,center,metbex,mebelleri,salonu,otaq

Kolleksiyalarda paslanmaz dəmir elementləri, palıd ağacından hazırlanmış əskiltmə fasadlar yer alacaq. Mətbəx mebeli salonunda dəmir, ağac, beton, daş effektli çoxsaylı dizayn üslublarında fasadlarla yanaşı ənənəvi tərzdə olan MDF, boyadan olan mətbəx mebelləri də müştərilərə təqim edilir.

mutfakci,design,center,metbex,mebelleri,salonu,otaq

Mətbəx mebelləri ölçüləri ixtisaslı dizaynerlərimiz tərəfindən Bakı şəhərində olan mənzillərin qabarit ölçülərinə tam  uyğun şəkildə hazırlanmışdır. Mutfakçı Mobilya mətbəx mebellərində modulyar həllərlə müştərilərin mətbəx ölçülərinə uyğun mətbəx mebeli indi fərdi ölçülərlə fabrik keyfiyyətində təqdim edir.

mutfakci,design,center,metbex,mebelleri,salonu,otaq

Mutfakçı Design Center də müştərilərə şirkətimiz tərəfindən hazırlanmış xüsusi dizayn proqramında tam ödənişsiz şəkildə dizayn xidmətləri təklif ediləcək. Müştərilərimiz mətbəx ölçülərini deməklə dizaynerlərimizdən profesional məsləhətlər ala biləcəklər.

mutfakci,design,center,metbex,mebelleri,salonu,otaq

Mətbəx salonumuzda mətbəxə aid olan bütün elementlər;

  • Mətbəx mebeli
  • Masa və oturacaqlar
  • Künc divanlar
  • Məişət texnikası
  • Otaq qapıları
  • İşıqlandırmalar  müştərilərə təqdim ediləcək.

mutfakci,design,center,metbex,mebelleri,salonu,otaq

Mətbəx mebelində keyfiyyəti üst səviyyəyə qaldırmaq üçün istifadə edilən bütün aksesuarlar Almaniyanın Hettich şırkətinə məxsusdur. Mexanizmlərə 10 ilə qədər rəsmi zəmanət verilir və mətbəx mebeli sektorunda müştərilərə münasib qiymət, yüksək keyfiyyət devizi ilə çıxış edir.

mutfakci,design,center,metbex,mebelleri,salonu,otaq

H.B.Zərdabi pr, 55 ünvanında yerləşən salonumuz tezliklə təntənəli açılışla müştərilərin xidmətində olacaq.

 



Blog