Mətbəxdə yemək stolu ölçüləri

Mətbəxə yemək masası almazdan öncə düzgün ölçüləri bilməyiniz vacibdir. Çünki, alacağınız stol mətbəxinizin ölçülərinə uyğun gəlməyə bilər.

yemek masasi olculeri stol stul compressor - Mətbəxdə yemək stolu ölçüləri

Bu problemlə qarşılaşmamağınız üçün Mutfakçı Mobilya bu blogda sizinlə yemək stolu üçün ideal ölçüləri paylaşacaq.

Mətbəxə yemək masası almadan öncə neçə nəfərlik bir masaya ehtiyacınız olduğunu müəyyən edin. Çünki masaların ölçüləri saya görə dəyişir.

Yemək stolunda 1 nəfər üçün ortalama ölçü 63 sm-dir. Lakin rahat yemək yeyə bilmək üçün ən ideal ölçü 73 sm müəyyənləşmişdir. Stuldan arxada 55-65 sm arası boşluq buraxmağınız məsləhətdir. Əgər otaq genişdirsə bu məsafəni daha da artırmaq sizin xeyrinizə olacaq. Boşluğun kiçik olmağı gediş gəliş zamanı problem yarada bilər.

yemek masasi olculeri stol stul compressor - Mətbəxdə yemək stolu ölçüləri

Yemək stolunun hündürlüyü.

Yemək masasının hündürlüyü üçün isə 76 sm uyğundur. Yemək masasının hündürlüyü iş masasından daha alçaq olmalıdır. Yemək masasının hüdürlüyünün 76 sm-dən çox olmağı yemək yeyərkən və stoldan nəsə götürərkən sizə çətinlik yaradacaq.

Çox sadə bir düsturla hər bir insanın boyuna uyğun yemək masasının hündürlüyünü hesablayaq.

Masa yüksəkliyi = insan boyu * 75/165

Yemək stulunun hündürlüyü.

İdela stul hündürlüyü 42 olaraq müəyyənləşmişdir. Lakin bu hündürlük hər kəsə uyğun olmaya bilər.

Uzun boylu insanlar üçün: 45 sm.

Orta boylu insanlar (165 sm)  üçün: 42-43 sm.

Balaca boylu insanlar üçün: 40 sm

Hər bir insanın boyuna uyğun stul hündürlüyünü sadə düsturla hesablasaq,

Stul yüksəkliyi = (insan boyu * 75/165) – 45

Ailə üzvlərinin hər birinə uyğun ölçünü müəyyən etmək üçün, hər kəsin boyunun ortalamasını düsturla hesablamaq lazımdır.

yemek stolu stulu masasi hundurluyu olculer compressor - Mətbəxdə yemək stolu ölçüləri

Kvadrat yemək masası ölçüləri.

Kvadrat yemək stolları çox vaxt 4 nəfərlik ailələr üçün nəzərdə tutulur. Geniş ailələrdə isə kvadrat masalar məsləhət görülmür.

4 nəfərlik kvadrat yemək masasının ölçüləri 91 və ya 112 sm

kvadrat formali yemek masasi dordkunc stollar compressor - Mətbəxdə yemək stolu ölçüləri

Düzbucaqlı formalı yemək masası ölçüləri.

Kiçik mətbəxlərdə:

6 nəfərlik yemək stolu üçün stolun eni 102 sm, uzunluğu isə 198 sm olmalıdır.

duzbucaqli formali yemek masalari olculeri dorbucaq kvadrat yemek stollari compressor - Mətbəxdə yemək stolu ölçüləri

Böyük mətbəxlərdə:

6 nəfərlik ideal bir yemək stolu üçün isə en 137 sm, uzunluq isə 244 sm olaraq müəyyənləşmişdir.

duzbucaqli formali yemek masalari olculeri dorbucaq kvadrat yemek stollar - Mətbəxdə yemək stolu ölçüləri

Dairəvi yemək stolu ölçüsü.

4 nəfərlik dairəvi yemək masasının diametri 91-127 sm arası.

6 nəfərlik dairəvi yemək masasının diametri 117-168 sm arası.

8 nəfərlik dairəvi yemək masasının diametri 168-183 sm arası.

dairevi yemek stolu olculeri masa stul - Mətbəxdə yemək stolu ölçüləri

8 nəfərdən çox olduqda isə mətbəx üçün dairəvi stol məsləhət görülmür.

Oval formalı yemək stolları.

Kiçik mətbəxlərdə:

6 nəfərlik masanın diametr ölçüləri 91 x 152 sm.

8 nəfərlik masanın diametr ölçüləri 91 x 182 olaraq müəyyənləşir.

Böyük mətbəxlərdə:

6 nəfərlik masanın diametr ölçüləri 107 x 183 sm.

8 nəfərlik masanın diametr ölçüləri 112 x 213 sm olaraq müəyyənləşir.

oval yemek stolu olculeri - Mətbəxdə yemək stolu ölçüləri

Bu yazımız sizin üçün faydalı oldusa “Mətbəx üçün yemək masası necə seçilməlidir?” blogumuzu oxumanızı tövsiyyə edirik.



Blog