Mətbəxdə təmizlik üçün pratik məsləhətlər

Təmizlik insan sağlamlığı üçün ən önəmli faktorlardan biri hesab olunur. Mətbəxdə təmizliyə riayət emək isə daha da önəmlidir. Mətbəxdə və mətbəx əşyalarında bəzən elə ləkələr olur onu çıxarmaqda əziyyət çəkirik. Əslində hər bir problemin asan həlli olduğu kimi bu problemdən də asanlıqla qurtulmağın yolları var.

Mətbəx əşyalarını necə təmizləməliyik?

Bu məsələdə bəzi insanlar çox həssas davranırlar. Təxmin edə bilirik ki, siz də eləsiniz. Bunun üçün də bu blogda Mutfakçı Mobilya mətbəxdə təmizlik üçün bəzi sirrləri sizinlə bölüşəcək.

 

tencere 300x260 - Mətbəxdə təmizlik üçün pratik məsləhətlər

Qaralan aliminium qablarınızı əvvəlki formasına qaytarmaq üçün onları su və sirkə ilə qaynada  bilərsiniz. Bu üsul çox sadədir.

spoon fork knife 1 by tpenttil 300x200 - Mətbəxdə təmizlik üçün pratik məsləhətlər

Çəngəl və bıçaqlarınızın qaralmasının qarşısını almaq üçün qabyuyan maşınınıza ayda bir dəfə yuyucu toz tökə bilərsiniz.

kahve lekesi halidan giysiden koltuktan pantolondan nasil cikar 1503941557 300x158 - Mətbəxdə təmizlik üçün pratik məsləhətlər     demdem cay bardagi 300x300 - Mətbəxdə təmizlik üçün pratik məsləhətlər

 

Çay və qəvə stəkanlarındakı ləkələrdən qurtulmaq üçün isə bir bezi gliserinlə isladıb təmizləmək olar.

kararan caydanlik 300x158 - Mətbəxdə təmizlik üçün pratik məsləhətlər

Qaralan və matlaşan çaydanlarınızı yeniləmək üçün yarım stəkan sirkəyə bir çimdik duz tökərək yenə də bir bezi bu maye ilə isladıb rahatlıqla təmizləyə bilərsiniz.

 

 

1595869 728xauto 300x201 - Mətbəxdə təmizlik üçün pratik məsləhətlər

Tavada qalan ləkələri yox etmək üçün 1 stəkan suya 2 xörək qaşığı soda və yarım stəkan sirkə qarışdıraraq tavaya tökür və 10 dəqiqə qaynadırsınız.

 

 

ovacity 61 parca kristal bardak seti su takimi  0545572111087180 300x300 - Mətbəxdə təmizlik üçün pratik məsləhətlər

Kristal qablarınızı parlatmaq üçün qabyuyan maşına yarım stəkan sirkə və bir çimdik duz qatmanız ideal variant olacaqdır.

etiket izi temizleme 300x150 - Mətbəxdə təmizlik üçün pratik məsləhətlər

Yeni aldığınız mətbəx əşyalarınızın üzərindən etiket hissəsini qopardıqda izlərin qalması demək olar ki, qaçınızlmazdır. Bunun üçün mebel yağı ilə silə bilərsiniz. Bu üsulu siz evdə digər əşyaların təmizlənməsi üçün də istfadə edə bilərsiniz.

Mətbəxdə və evin istənilən bölgəsində istifadə etdiyiniz bəyaz pərdələrin daha uzun müddət bəyazlığını qorumasını istəyirsinizsə yuduğunuz suya 1-2 xörək qaşığı şəkər tozu qatın.

frnszzz 1024x791 - Mətbəxdə təmizlik üçün pratik məsləhətlər

Təbii ki, mövzu təmizlikdirsə daha da uzun yazmaq olardı. Bu haqda məsləthətləri daha tez-tez sizinlə bölüşməyə çalışacağıq.

Əgər bu yazımızı bəyəndinizsə “Mətbəx nizamı necə olmalıdır?” blogumuzu oxumanızı sizə tövsiyyə edirik.



Blog