Mətbəxdə rahatlıq yaratmaq üçün fərqli dizaynlar

Mətbəxdə rahatlıq yaratmaq sizin orada keçirdiyiniz zamanı dəyərli edəcəkdir.Bunun üçün siz bəzi dəyişikliklər və ya əlavələr etməlisiniz. Mətbəxiniz kiçik olduğu üçün əşyalarınızı istədiyiniz kimi yerləşdirmək sizə problem yaradırsa bu yazımız tam sizin üçündür.

Mutfakçı Mobilya məhz bu səbəblərə görə sizə mətbəxdə rahatlıq üçün 10 praktik fikir təqdim edir!

Mətbəxdə Rahatlığımızı Necə Yarada Bilərik?

1.Künc siyirmələrdən istifadə etməklə siz mətbəxin künc hissəsini daha əlverişli hala gətirə bilərsiniz. Siyirmələrin ölçüsünə uyğun olaraq istədiyiniz mətbəx əşyalarını burada yerləşdirə bilərsiniz. Məsləhət görərdik ki, siyirmələri fərqli ölçülərdə hazırladın.

Mətbəxdə rahatlıq yaratmaq

2.Çəngəl, bıçaq və qaşıq dəstlərinizin qarışmaması üçün siyirmənizdə belə bir nizamlama yarada bilərsiniz. Dağınıqlığın qarşısının alınmasında bu əvəzsiz bir üsuldur.

Mətbəxdə rahatlıq yaratmaq

3.Mətbəxinizdə bu üsul sizə qablarınızı yuyarkən rahatlıq yaradacaq. Qablarınızı yığmaq üçün əlavə vasitələrə ehtiyac qalmayacaq.

Mətbəxdə rahatlıq yaratmaq

4.Qazan və tava qapaqlarının dolabda əlavə yer tutması hərkəsin mətbəxdə qarşılaşdığı problemdir. Bu problemin aradan qaldırılması üçün dolab qapaqlarını bu üsulla əlverişli hala gətirə bilərsiniz.

Mətbəxdə rahatlıq yaratmaq

5.Mətbəxdə gizləmə qapaqları dağınıq görüntünün qarşısını alacaq. Tez-tez istifadə etdiyiniz mətbəx avadanlıqlarını burada yerləşdirmək sizin işinizi asanlaşdıra bilər.

Mətbəxdə rahatlıq yaratmaq

6.Siyirmələrinizdə qarışıqlığın qarşısını alın. Yerləşdirməkdə çətinlik çəkdiyimiz  böyük mətbəx əşyaları üçün bundan yaxşısı ola bilməzdi. Məhz bu əşyaların mətbəxdə yerləşdirilməsi bir çoxumuzun qarşılaşdığı problemdir.

Mətbəxdə rahatlıq yaratmaq

7.Belə bir sadə üsulla dolarınızdakı arxada olan qabları götürmək artıq çətinlik yaratmayacaq.

Mətbəxdə rahatlıq yaratmaq

8.Meyvə və tərəvəzlərinizi yığmaq üçün xüsusi siyirmələr.

Mətbəxdə rahatlıq yaratmaq

9.Belə siyirmələr daha az yer tutub və daha çox işinizə yarayacaq. Bu siyirməni məsləhət görərdik ki, mətbəx sobasının yaxınlığında yerləşdirəsiniz. Çünki bu siyirmələrə müxtəlif yağlar və ədviyyatlar yerləşdirilir. Bu da siyirmənin sobanın yaxınlığında olmağını daha məqsədə uyğun edir.

Mətbəxdə rahatlıq yaratmaq

10.Tavalarınız üçün unikal bir seçim. Bu üsul sayəsində tavalarınızı və qapaqlarını daha rahat götürə, yerləşdirə bilərsiniz

Mətbəxdə rahatlıq yaratmaq

Mutfakçı Mobilyaya gələrək siz də istifadə genişliyi ilə seçilən mətbəx mebellərinə sahib ola bilərsiniz. Dizaynerlərimiz istədiyiniz dizaynda mətbəx mebellərini təqdim edə bilər. Adeko proqramı ilə dizaynerlərimiz sizə istədiyiniz dizaynda və ölçüdə mətbəx mebelləri təklif edir. Mətbəxdəki rahatlığınızı bizimlə qurun!

Əgər, bu yazımızı bəyəndinizsə “Kiçik mətbəxi necə zövqlü dizayn etmək olar” blog yazımızı oxuya bilərsiniz.



Blog