Mətbəx pərdəsi necə seçilməlidir?

Mətbəxdə pərdə seçimi mətbəx dekorunun başlıca şərtidir . Pərdənin mətbəxin tərzinə uyğun seçilməsi çox vacibdir. Düzgün seçim edilmiş bir pərdə ilə mətbəxin ab-havasını dəyişmək mümükündür lakin, səhv seçimlə mətbəxinizi xoşa gəlməz hala gətirə bilərsiniz. Mutfakçı Mobilya olaraq, sizə bu blogda mətbəxdə pərdə seçiminizi düzgün etməyiniz üçün bir neçə stil haqda məlumat vermək istəyərdik.

metbex,perdeleri,mətbəx,pərdələri,mebel

Mətbəx pərdələri evin digər otaqlarında olan pərdələrdən tamamilə fərqli dizayn edilir. Bunun da səbəbi mətbəxdə daim iş görüldüyü üçün mətbəxin işıqla təmin etməsinin vacibliyidir. Mətbəx pərdəsi iş görərdən tək əllə açılıb bağlanmağı təmin etməlidir.

metbex,perdeleri,mətbəx,pərdələri,pərdə,perde,metbex,mebeli,mətbəx

Pərdədə rəng seçimində isə açıq tonlar və al-əlvan rənglər seçilməlidir. Tünd rənglər seçərək siz mətbəxinizi sıxıcı və qaranlıq hala gətirə bilərsiniz ki, bu da siz mətbəxdə iş görərkən problemlərə səbəb olacaqdır. Açıq rəngli pərdələrlə günəş işığından daha yaxşı yararlana bilərsiniz.

Mətbəx pərdələri əvvəllər digər otaqların pərdələri ilə eyni olsa da müasir dövrümüzdə mətbəx pərdələri daha kiçik dizayn edilir. Düzgün pərdə seçimi üçün otağın ölçüsü, rəngi, stili nəzərə alınmalıdır.

metbex,perdeleri,mətbəx,pərdələri,pərdə,perde,metbex,mebeli,mətbəx

Mətbəx pərdəsinin parçsı da çox önəmlidir. Seçilmiş parça nəmə, rütubətə, buxara davamlı olmalıdır və eyni zamanda rahat təmizlənməlidir.

Mətbəx pərdəsi üçün böyük və ağır pərdələr seçməyin çünki böyük parçalar çox toz yığdığı üçün mətbəxə uyğun deyil. Bu tip pərdələr əsasən qonaq və yataq otağına uyğundur. Böyük pərdə seçərkən otağın genişliyi nəzərə alınmalıdır.

Roller pərdələrindən mətbəxdə istifadə.

Roller pərdələr rol mexanizmi ilə qurulub, bir qat pərdədən ibarətdir, rollar vasitəsi ilə yuxarı qaldırılıb sarılır. Roller pərdələri zəncir üsulu ilə, slimli mexanizmlə, radio nəzarət və başqa üsullarla hərəkət etdirilir. Əsasən, bambuk saman və parça ilə hazırlanır.

Roma pərdələri

Roma pərdələri adlanan bu pərdələr “kordon” şəklində yığılır və minimalizm tərzinə çox uyğundur. Qatlama mexanizli pərdələr sadə mexanizimlə təchiz olunub, açılıb bağlanma baxımından çox əlverişlidir. Roma pərdələri əsasən, kiçik mətbəxlər və pəncərələr üçün nəzərdə tutulmuşdur. Qaldırıcı mexanizm sayəsində qaldırılır və aşağı salınır. Roma pərdələrinin mənfi cəhəti ondan ibarətdir ki pəncərələri tam açmaq olmur, tam açmaq üçün mütləqdir ki, pərdə çıxrıla. Bu pərdələri ikiqat da dizayn edə bilərsiniz.

roma,perdeleri,pərdələri,pərdə,mətbəx,metbex,mebel

roma,perdeleri,pərdələri,pərdə,mətbəx,metbex,mebel

roma,perdeleri,pərdələri,pərdə,mətbəx,metbex,mebel

roma,perdeleri,pərdələri,pərdə,mətbəx,metbex,mebel

Fransız mətbəx pərdələri.

Mətbəxiniz klassik tərzdə dizayn edilibsə, Fransız pərdələri tam sizin mətbəxə uyğundur. Tül dantellerden ibarət pərdə mətbəxinizdə isti ab-hava yaradacaq. Bu pərdələri istənilən ölçüdə dizayn edə bilərsiniz.

roma,perdeleri,pərdələri,pərdə,mətbəx,metbex,mebel

roma,perdeleri,pərdələri,pərdə,mətbəx,metbex,mebel

roma,perdeleri,pərdələri,pərdə,mətbəx,metbex,mebel

Avstriya stil pərdələr.

Bu stil bir növ Fransız və Roma pərdələrini özündə birləşdirir. Fransız pərdəsinin dəbdəbəli qıvrımlarını özündə əks etdirərək Roma pərdəsinin xüsusiyyətlərini özündə əks etdirir.

metbex,perdeleri,mətbəx,pərdələri,pərdə,perde,metbex,mebeli,mətbəx

metbex,perdeleri,mətbəx,pərdələri,pərdə,perde,metbex,mebeli,mətbəx

metbex,perdeleri,mətbəx,pərdələri,pərdə,perde,metbex,mebeli,mətbəx

Mutfakçı Mobilyaya gələrək siz istənilən mətbəx mebelinə nağd və ya kreditlə sahib ola bilərsiniz.

“Modern üslubda mətbəx mebelləri” blogumuzu oxumağı sizə məsləhət görərdik. Mətbəx dekorasiyanızda yardımçı olacaqdır. Ümid edirik ki bu blogumuz sizə seçiminizdə yardımçı oldu.

 



Blog