Mətbəx mebelləri materialları

Mətbəx evin digər otaqlarından tamamilə fərqlidir. Belə ki, mətbəx otağına mebel alarkən onun suya, zərbəyə, buxara, yüksək tempratura davamlı olmağı və eyni zamanda gözə xitab etməyi çox vacibdir. Mətbəx mebeli hazırlatmadan öncə mebelin materialına qərar verməlisiniz. Dolabların gövdəsi və qapaqlarını müxtəlif materiallardan hazırlamaq mümkündür, lakin bu materialların seçimində diqqətli davranmalısınız. Çünki, mebeli uzunmüddətli istifadə edəcəyiniz üçün materialın dözümlülüyü vacibdir.

metbex,mebeli,material,metbex,mebelleri,mutfakci,mobilya

Mutfakçı Mobilya olaraq, biz bu blogda uyğun qiymətə, keyfiyyətli mebel materialları haqda sizə məlumat verəcəyik.

Mətbəx dolabları üçün hansı materiallar istifadə edilməli?

Doğru seçim etməyiniz üçün siz ilk öncə materiallardan xəbərdar olmalısınız.

MDF – Orta sıxlığa malik taxtalifi mənasındadır. Ağac lifləri ilə yapışdırıcının yüksək temperaturda preslənməsindən hazırlanır, ekoloji cəhətdən qiymətlidir. Liflər sıx olduğu üçün MDF löhvələr çox möhkəm materiala sahib olur.

mdf,materialdan,metbex,mebelleri,mutfakci,mobilya

Rəngləmək və laminə etmək üçün ideal bir seçim olub, ağacın bütün üstünlüklərinə malikdir və ağacdan daha ucuz materialdır.

mdf,materialdan,metbex,mebelleri,mutfakci,mobilya

Mutfakçı Mobilya sizə, MDF materialdan hazırlanmış yüksək keyfiyyətli, 100-dən çox rəng palitrasına malik mətbəx mebelləri təklif edir.

mdf,materialdan,metbex,mebelleri,mutfakci,mobilya

MDF-in xüsusiyyətləri:

İstənilən divarda MDF materialdan olan mətbəx quraşdırmaq mümkündür.

Münasib qiymətə, yüksək keyfiyyətə malikdir.

Asan quraşdırılır.

Sərtlik dərəcəsində ağacdan geri qalmır.

Nəmə, rütubətə davamlıdır.

mdf,materialdan,metbex,mebelleri,mutfakci,mobilya

LDSP-Laminat. Preslənmiş ağac yonqasının üzlənməsindən əldə olunur. DSP, istənilən rəng çalarında üzlənə bilir, ən ucuz materialdır.

ldsp,materialdan,metbex,mebelleri,mutfakci,mobilya

Təbii ağac- İstənilən ağacdan mətbəx mebeli hazırlamaq mümkündür. Klassik mebellərdə geniş istifadə edilir və qiymətcə digər materiallardan daha bahadır.

tebii,agac,materialdan,metbex,mebelleri,mutfakci,mobilya

İstəyə bağlı olaraq, şüşə, güzgü və başqa materiallar da mətbəx mebeli hazırlanmasında istifadə edilə bilər.

metbex,mebeli,secimi,suse,fasad,mutfakci,mobilya,compressor

Parlaq mətbəx mebelinə sahib olmaq istəyirsinisə, High Gloss mətbəx dolablarını seçə bilərsiniz. High Gloss modellər yüksək səviyyədə olan texnologiya ilə istehsal edilir. Mətbəx mebelinin parlaq səthləri sayəsində otaq olduğunda daha geniş görünüşə sahib olur.

high,gloss,metbex,dolablari,mutfakci,mobilya

Mətbəx mebeli dəzgahında süni mərmər istifadəsi.

Mətbəx mebeli dəzgahı üçün ən yaxşı material süni mərmərdir. Mətbəxdə daimi olaraq iş görürsünüzsə süni mərmər ideal seçimdir. Bir çox rəngdə hazırlana bilən mərmərlər hər bir stildə, əsasən də modern və klassik üslubda istifadə edilir. Krem və bej kimi neytral rəngli süni mərmərlər demək olar ki, əksər mətbəxlərə uyğundur.

suni,mermer,dezgah,materialdan,metbex,mebelleri,mutfakci,mobilya

Mutfakçı Mobilya sizə, istədiyiniz materialda həm klassik, həm də modern üslubda olan mətbəx mebellərini təqdim edir.



Blog