Mətbəx mebeli necə seçilməlidir?

İnsanlar eyni barmaq izinə, eyni arzulara və ya eyni tələblərə sahib deyillər. Mətbəxdə niyə bu hal fərqli olmalıdır? Bu səbəbdən, fərdi ehtiyaclarınız barədə yaxşı düşünün. Hansı rəngləri sevirsiniz? Və ya büdcəniz nələrə icazə verir?

metbex,mebeli,demir,qulplari,mutfakci,mobilya

İlk öncə hazır mətbəx almaq yerinə, sifarişlə mətbəx mebeli hazırlatmağı sizə məsləhət görərdik. Çünki, heç bir hazır mebel sizin mətbəxinizin ölçülərinə uyğun olmayacaq və ya rəng sizin istədiyiniz kimi olmayacaq. Mətbəx otağınızın sahəsini hər santimetrinə kimi düzgün dəyərləndirmək istəyirsinizsə, özəl sifarişlə hazırlanmış mebel seçiminiz olmalıdır.  Beləliklə, siz mətbəxinizin ölçülərinə və istədiyiniz dizaynda mebelə sahib olacaqsınız. Bir sözlə, mətbəxiniz “üzərnizə biçilmiş paltar” kimi olacaq.

metbex,mebeli,demir,qulplari,mutfakci,mobilya

Mebel seçimdə diqqət etməli olduğunuz məqamlar!

Bir mətbəx içində mütləq vacib olan olan şey mətbəx dolablarıdır. Dolablar nə qədər çox olarsa, ərzaqları və əşyaları depolamaq daha rahat olacaq. Mətbəx dolablarında funkisonallıq çox önəmlidr.

metbex,mebeli,demir,qulplari,mutfakci,mobilya

Mətbəx dolabı seçərkən ilk öncə stil müəyyənləşməlidir. İstər klassik, istər moder, istərsə də digər stildə mətbəx seçimi tam olaraq bizim istəklərimiz əsasında formalaşır. Siz özünüzü hansı stil mətbəxdə rahat hiss edəcəksinizsə təbii olaraq o stili seçməlisiniz. Modern üslub mebellər daha çox funkionallığı ilə fərqlənib, bizə rahat həllər təklif edir. Klassika isə heç vaxt dəbdən düşmür, hər zaman öz aktuallığı qoruyub saxlayır.

ag,rengli,metbex,mebelleri,mutfakci,mobilyada

Mətbəx mebelində ikinci ən vacib məqam mətbəx dolab qapılarıdır. Dolab qapılarını müəyyənləşdirmək üçün bir çox suallara cavab tapmalısınız. Hansı rəng və materialdan olacaq? yuxarı yoxsa yanamı açılacaq? qulplar hansı materialdan olacaq? və daha bir çox sual…

metbex,mebeli,demir,qulplari,mutfakci,mobilya

Fasad üçün daha çox MDF material istifadə edilir. Bundan əlavə olaraq fasad şüşədən də hazırlana bilər ki, bu da estetik cəhətdən çox gözəl görünsə də, mətbəxdə daima yemək bişirildiyi üçün yağ və buxarın təsiri ilə şüşəni təmiz saxlamaq çətin olacaq.

metbex,mebeli,secimi,suse,fasad,mutfakci,mobilya,compressor

metbex,mebeli,secimi,suse,fasad,mutfakci,mobilya,compressor

Mətbəxiniz böyükdürsə rəng seçimində o qədər də çətinlik çəkməyəcəksiniz. Kiçik olduqda isə açıq tonlardan istifadə edə bilərsiniz.

metbex,mebeli,secimi,suse,fasad,mutfakci,mobilya

Qulplar üçün məsləhət görərdik ki, dəmir material olsun. Çünki, plastik qulpların rəngi tez dəyişə və qırıla bilər.

metbex,mebeli,demir,qulplari,mutfakci,mobilya

Arzulanan mətbəxin planlanması tez qərar veriləcək bir şey deyil, bunun üçün diqqət vaxt və bilgi tələb olunur. Dizaynerlərimizlə görüş zamanı gələcək mətbəxinizlə bağlı istəklərinizi ona söyləyin. Hətta bəyəndiyiniz mətbəx rəsmlərini göstərin. Planlayıcının fikirlərinizə bələd olması arzu etdiyiniz mətbəxə gedən yolu daha da qisaldacaq.

Yeniliklərə açıq olmaqdan qorxmayın, buna dəyər! Mətbəxiniz Mutfakçı Mobilyadan olsun!



Blog