Metbex Mebeli – Müasir Metbexde Ada Seçimi

Müasir mətbəxdə ada necə olmalıdır ?

Adalı mətbəx sifariş edərkən bilməyimiz lazım olan hər şey. Bu blogumuzda sizlərə adalı mətbəxlər – mətbəx mebelində adalar haqqında məlumat verəcəyik.

ADA MƏTBƏXİN ÜRƏYİDİR. Praktik bir zərurət və ya mətbəx dizaynına gözəl bir əlavə? Əlbəttə hər ikisi, lakin yalnız bunlarlada bitmir. Ada ümumi mətbəx otağında olduğu təqdirdə otağa tamamlanmış bir görüntü verir. Ən çoxda böyük mətbəxlər üçün əvəz olunmaz olan ada mətbəxi modellərin mətbəxi daha da xüsusi edən hissələrdir. Mətbəx mebeli, mətbəx adasının ölçüsü və formasına uyğun olaraq seçilməli və mətbəxə yerləşdirilməlidir.

ADA 15 300x204 - Metbex Mebeli - Müasir Metbexde Ada Seçimi

Bir ada tipli mətbəxə sahib olmağı düşünürsünüzsə, əvvəlcə nə istədiyinizi, mətbəx adasının hansı məqsədlə istifadə ediləcəyini, hansı funksiyanı və kateqoriyanı axtardığınıza qərar verməlisiniz. Mutfakçı olaraq salonlarımızda adalı mətbəx kolleksiyaları sərgilənir. Hər funksiya üçün fərqli model və ölçülərdə mətbəx adaları istehsal olunur. Əlbətdə ki, mətbəxinizin eni də axtardığınız funksiyaya malik adaların ölçüsünə uyğun olmalıdır.

ADA 19 300x204 - Metbex Mebeli - Müasir Metbexde Ada Seçimi

Ada mətbəxlərinin demək olar ki, hər mətbəxdə həm funksional, həm də estetik cəhətdən bənzərsiz dəyişikliklər yaratdığı bir həqiqətdir. Bununla birlikdə, insanların çoxu ada mətbəxlərinin yalnız geniş ərazilərdə istifadə edilə biləcəyi qənaətindədir. Lakin bu doğru deyil. Əlbətdə ki, çox kiçik mətbəxlərdən danışmırıq, amma mətbəx adasına sahib olmaq üçün çox böyük bir mətbəxə ehtiyacınız yoxdur. Peşəkar planlama ilə adalı mətbəxə sahib ola bilərsiniz.

ADA 4 300x204 - Metbex Mebeli - Müasir Metbexde Ada Seçimi

Adalı mətbəxlərdə ada, mərkəzi bir yer tutur, iş planının istifadəsini və otaqdakı keçidi asanlaşdırır. Funksional cəhətdən başqa, həm də otağın tərzinin və dizaynının ayrılmaz hissəsidir.

ADA 01 300x204 - Metbex Mebeli - Müasir Metbexde Ada Seçimi   ADA 0 300x204 - Metbex Mebeli - Müasir Metbexde Ada Seçimi   ADA 02 300x204 - Metbex Mebeli - Müasir Metbexde Ada Seçimi

Adanın dizaynında fərqli rənglərdən, daha yüksək və ya alt dəzgahlardan istifadə edərək mətbəxə müxtəlifli gətirilə bilər. Bəzi məişət texnikası və ya mətbəx lavabonu adaya yerləşdirilə bilər və yaxşı xəbər odurki, bunlar istənilən dizayna uyğun gələ bilir. Mətbəxdə adanın tək dezavantajı daha çox yer tələb etməsidir. Mətbəxinizin böyük ölçüləri varsa, ada mətbəxinin ölçüləri daha geniş seçilməli və mətbəxin tam şəkildə göstərilməsinə üstünlük verilməlidir. Əks təqdirdə, böyük mətbəxlər dar görünə bilər və kiçik mətbəxlər praktik olmaya bilər.

ADA 1 300x204 - Metbex Mebeli - Müasir Metbexde Ada Seçimi   ADA 2 300x204 - Metbex Mebeli - Müasir Metbexde Ada Seçimi   ADA 3 300x204 - Metbex Mebeli - Müasir Metbexde Ada Seçimi

Adalı mətbəx mebelinin dizaynına qərar vermək, sifariş vermək asan məsələ deyil, lakin düzgün yanaşma ilə asanlıqla həll edilə bilər. Mətbəxdə ada funksionallığı və üslubu, əsasən, seçilmiş mətbəx mebelindən asılıdır, məhz buna görə də bu məsələyə bütün məsuliyyətlə və ciddiliklə yanaşmaq lazımdır. Mətbəxdə ada praktik, işlək  olmalıdır, eyni zamanda gözə xoş gələn olmalıdır. Adalı mətbəxlər çox rahatdır, çünki ada həm iş sahəsini, həm yemək masasını, həm də saxlama yerlərini daşıya bilər.

ADA 9 300x204 - Metbex Mebeli - Müasir Metbexde Ada Seçimi   ADA 12 300x204 - Metbex Mebeli - Müasir Metbexde Ada Seçimi   ADA 5 300x204 - Metbex Mebeli - Müasir Metbexde Ada Seçimi

Bu gün populyarlığının zirvəsində olan ada mətbəxləri, daha çox səth sahəsi, saxlama potensialı, yemək hazırlayarkən ailə toplanması və açıq planlı salonlarda ayırıcı rolunu oynamaq kimi çox funksiyalı dekorasiya həllərinin mənbəyidir.

ADA 6 300x204 - Metbex Mebeli - Müasir Metbexde Ada Seçimi   ADA 11 300x204 - Metbex Mebeli - Müasir Metbexde Ada Seçimi   ADA 23 300x204 - Metbex Mebeli - Müasir Metbexde Ada Seçimi

Mutfakçı Dizayn Mərkəzində  müştərilərin istəklərinə uyğun, dizayn, ölçü və materiyalda adalarla  tamamlanmış mətbəx mebellərinə sahib ola bilərsiniz.

İlham verən fikirlər və yeniliklər üçün bloqlarımızı izləməyə davam edin.

Ətraflı məlumat üçün 055 270 00 15  bizimlə əlaqə saxlayın.

Qeyd:  ( facebook , instagram  ) internet ünvanlarımızdan bizi izləyərək, paylaştığımız mətbəx mebelləri və interyer həllərini şəkillərini görə bilərsiniz və məlumat ala bilərsiniz.

Əlavə Bloglarımıza keçid üçün aşağıdaki linklərə klikləyə bilərsiniz :



Blog