Mətbəx almaqla bağlı faydalı məsləhətlər

Mətbəx mebeli alarkən alıcı qablar yuxarı dolaba, zibilqabı dolabdan ayrı yerləşdirilməli və başqa bu kimi köhnə vərdişləri unutmalıyıq. Artıq mətbəx mebeli alarkən başqa standartlar nəzərə alınmalıdır.

Bu blogda Mutfakçı Mobilya mətbəx mebeli alınmasında ən vacib məqamları sizinlə bölüşəcək.

ag,rengli,metbex,mebelleri,mutfakci,mobilyada

Geniş mətbəxlərdə planlama.

Geniş mətbəxlərdə mətbəx 3 hissədən ibarət olmalıdır.

1.Yemək hazırlanması üçün nəzərdə tutulan iş sahəsi.

2.Yemək yeyilməsi üçün nəzərdə tutulan yer.

3.İstirahət üçün ayrılan, yumşaq mebellərin də yer aldığı hissə.

Mətbəx alarkən mətbəxinizin geniş və ya yığcam olmağına görə seçiminizi etməlisiniz. Mətbəxiniz kiçikdirsə siz burada U şəkilli, L şəkilli və ya düz mətbəx mebeli seçə bilərsiniz ki, bu zaman da düzgün, nizamlı şəkildə mətbəx mebelinizi nizamlamaq üçün işçi üçbucağını yaratmalısınız.

ag,rengli,metbex,mebelleri,mutfakci,mobilyada

Mətbəx planlaşdırması – Mətbəx üçbucağı

Mətbəx üçbucağı mətbəxdə sizin rahat hərəkətinizi, işlərinizin görülməsini rahatlaşdıran bir üsuldur. Mətbəx üçbucağı, soyuducu, mətbəx çanağı və soyuducunun düzgün yerləşdirilməsidir. Mətbəxdə bu 3 element çox istifadə edildiyindən onların düzgün şəkildə mətbəxdə yerləşdirilməsi iş görülməsini, mətbəx içində gediş-gəlişi asanlaşdıracaq.

ag,rengli,metbex,mebelleri,mutfakci,mobilyada

Mətbəx çanağı – Mətbəxdə iş görən təxminən bütün iş saatının 50%-i çanağın yanında keçiri. Buna görə də çanaq, mətbəxdə iş sahəsinin mərkəzində, həm sobaya həm də soyuducuya yaxın yerləşdirilməlidir.  Yəni soba ilə soyuducunun tam ortasında yerini almalıdır.

ag,rengli,metbex,mebelleri,mutfakci,mobilyada

Soyuducu – Mətbəx üçbucağının elementlərdən biri olan soyuducu mətbəxin küncündə yerləşməli və eyni zamanda çanağa və sobaya yaxın olmalıdır.

ag,rengli,metbex,mebelleri,mutfakci,mobilyada

Qaz sobası – Qaz sobası elə yerləşdirilməlidir ki, həm soyuducu, həm çanaq, həm də ərzaq saxlama dolabına yaxın olmalıdır. Bu sıralama sizə yemək bişirərkən rahatlıq yaradacaq.

metbex,mebeli,demir,qulplari,mutfakci,mobilya

Düzgün şəkildə planlaşdırılmış mətbəx mebelinə sahib olmaq istəyirsinizsə, mətbəxinizin dizaynını tam əminliklə Mutfakçı Design Center-in təcrübəli dizaynerlərinə əmanət edə bilərsiniz. Dizayn xidməti tam pulsuz həyata keçirilir.

 



Blog