Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?

Tutacaqlar mətbəx mebelində ən vacib dizayn elementlərdən biridir. İdeal mətbəx mebeli üçün, ideal tutacaqlar( dəstəklər) mütləqdir. Tutacaqlar mətbəx mebelinin estetikasını tamamlamaqla yanaşı funksionallığını da təmin edir, fasadın həndəsəsini yaradır və dekorativ element kimi xidmət edir.

Bəs mətbəx mebelində tutacaq seçimi necə olmalıdı?  seçim edərkən nələrə diqqət etmək lazımdır? Bu blogumuzda sizlərə bunlar haqqında məlumat verəcik.

T 35 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?   T 3 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?   T 10 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?

 Mətbəx mebelində tutacaq seçimi edərkən, tutacaqların (dəstəklərin) mətbəx mebelinin ümumi dizayna uyğun olmasını təmin etmək vacibdir. Əks təqdirdə, onlar yalnız digər metal elementlərdən fərqlənməyəcək, həm də estetik konsepsiyada xoş olmayan görüntü yaradacaq.

T 5 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?   T 22 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?   T 24 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?

Mutfakçı mətbəx kolleksiyalarında dünyanın müxtəlif mebel istehsalçılarına məxsus 1000-ən çox dəstək, tutacaq seçimi var. Biz öz salonlarımızda klassik, neoklassik, modern, vintage, loft və s. stildə Almaniya, İtaliya, Polşa, Türkiyyə istehsalı olan dəstəklər təklif edirik.

Tutacaqlarda dekorativ örtük müxtəlif metallardan – bürünc, qızıl, gümüş, xrom, mis, nikel və s. mat və ya parlaq ola bilər. Mətbəx mebelinin modelindən asılı olaraq müasir – modern mətbəxlərdə mübahisəsiz lider seçim mat və ya parlaq xrom örtüklü tutacaqlardır.

12 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?  T 21 1 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?  14 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?

Bununla birlikdə retro stil antik bürünc tutacaqlar Klassik və Provence üslubunda mətbəxlərdə dekor aksesuarlar olaraq ən sevimli seçimlərdən biridir.

5 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?  T 13 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?  T 1 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?

Ümumi mətbəx mebelində tutacaqların yeri kiçik görünsədə dizaynerlərin fikrincə interyerin tamamlanması üçün böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə dizaynerlərimiz tutacaq seçimini çox ciddi əhəmiyyət verirlər, bəzən hansısa bir kolleksiya üçün xüsusi tutacaqlar sifariş verilir. Büdcə və dizayn (zövq) olaraq müştəriyə tutacaq – dəstək təklif etmək kifayət qədər çətin prosesdir. Bəzən, mükəmməl tutacaq çox baha ola bilir.

PKLL 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?   T 6 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?   TKG 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?.

Tutacaqlar (dəstəklər) mətbəx dizaynının vizit kartıdır. Mebel tutacaqlarını seçərkən tutacaqların (dəstəklərin) dizayn üslubuna uyğun olmasını təmin etmək vacibdir. Mətbəx mebeli tamamlandıqdan sonra ümumi dizayn, düzgün seçilməmiş və ya narahatlıq yarada biləcək tutacaqlar ilə asanlıqla pozula bilər. 

T 21 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?   T 12 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?   T 23 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?

Tutacaqların seçimi aşağıdakı tövsiyələrə əsaslanmalıdır:

RAHATLIQ SƏVİYYƏSİ – Tutacaqlar əlinizə rahat oturmalıdır, çünki mətbəxdə tez-tez istifadə olunur;

TUTMA RAHATLIĞI – Ovucun 1-2 barmağından deyil, “mötərizədən”  keçməsi arzu edilir;

TƏHLÜKƏSİZLİK – Kəskin küncləri və ümumi quruluşun həndəsəsindən həddindən artıq çıxıntıları olan modelləri seçməkdən imtina etmək lazımdır;

VİZUAL GÖRÜNTÜ – Mətbəx fasadlarında tutacaqların yerləşməsi dizayn, həndəsə, kölgə və dekorada armaturların harmonik birləşməsini tələb edir;

MÜTƏNASİBLİK – Tutacaqların ölçüləri, dolabların ölçülərinə uyğun olmalıdır, həmçinin mebelin quruluşu ilə birbaşa əlaqələndirilməlidir;

UYĞUNLUQ – 2 Növ tutacqlardan istifadə edilərsə, tutacaqların materialının dekorasiyası digər tutacağın estetikasına uyğun olmalıdır. Burada modul və tutacaqlarn mütənasibliyi ön plana çıxır: fasad nə qədər qısadırsa, tutacağın ölçüsü o qədər kiçik olmalıdır. Beləliklə, 60 sm genişlikdə bir dolab üçün mərkəzdən mərkəzə qədər məsafədə 420-236 mm olan modellərdən istifadə etməyə dəyər, lakin 200-300 mm genişlikdə kiçik dolablar üçün bağlayıcılar arasındakı məsafə 90-96 mm-dən çox olmayan modellər idealdır.

 

1 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?   6 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?   8 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?

9 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?   3 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?   10 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?

13 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?   11 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?   7 300x198 - Mətbəx Mebelində Tutacaq Seçimi necə olmalıdır ?

Mətbəx mebelində tutacaq çox diqqətlə seçilməlidir. Tutacaqlar  həm funksional, həm də dekorativ məqsədlə istifadə olunur. Həqiqətən, mətbəx dəstini tutacaqsız təsəvvür etmək mümkün deyil. Ancaq mətbəxiniz yalnız bütün elementlərini düzgün seçsəniz orijinal, cəlbedici və istifadəsi rahat olacaqdır.

Mətbəx Mebeli üçün tutacaq seçimi edərkən xüsusiyyətlərə diqqət etmək lazımdır. Onlar arasında:

Praktiklik.  Erqonomika əsasdır. Tutacaqların istifadəsi rahat deyiləsə, onda ümumiyyətlə niyə onlara ehtiyacları var?  Buna görə, mətbəx mebeliniz üçün tutacaq seçimi edərkən onlayn şəkildə seçim etməyin. Ən düzgün seçim, mebel salonuna  ziyarət etmək, mütəxəssislərlə danışmaq və ən əsasə mətbəx üçün seçim edəcəyiniz  tutacaqları əlinizlə yoxlamaqdır.

Mütənasiblik. Tutacaqların ölçüsü vacibdir. Mətbəx mebelinizin modelindən asılı olaraq adətən 1 tutacaq modelindən istifadə edilməsiylə yanaşı, 2 növ müxtəlif ölçülü tutacaq modellərindən (adətən klassik mətbəx mebellərində istifadə olunur) istifadə edilməsi mümkündür.  Lakin burada ən vacib məqam iki seçim olundudqda tutacaqların ölçülərinin uzunluq və qalınlığına görə bir-birindən fərqlənməsidir.  Əks təqdirdə mebeldə xoş olmayan görüntü yaranar.

Təhlükəsizlik. Bu, mətbəx mebeli üçün son, lakin olmazsa olmaz   tələbidir. Tutacaqlar bəzən görünüşcə gözəl, orijinal görünsədə istifadəsi heçdə uyğun olmur. Tutacaqların kəskin kənarları, künc hissələrinin quruluşu və s. evində uşaqları və ya ev heyvanları olan ev sahibi üçün heçdə yaxşı seçim deyil.

Bir qayda olaraq, etibarlı istehsalçılar tərəfindən təklif olunan tutacaqlardan seçim etməyiniz daha məqsədə uyğundur. Mutfakçı Dizayn Mərkəzində  müştərilərin istəklərinə uyğun, dizayn, ölçü və materiyalda tutacaqlar (dəstəklər) ilə tamamlanmış mətbəx mebellərinə sahib ola bilərsiniz.

İlham verən fikirlər və yeniliklər üçün bloqlarımızı izləməyə davam edin.

Qeyd:   ( facebook , instagram  ) internet ünvanlarımızdan bizi izləyərək, paylaştığımız mətbəx mebelləri və interyer həllərini şəkillərini görə bilərsiniz və məlumat ala bilərsiniz.

Əlavə Bloglarımıza keçid üçün aşağıdaki linklərə klikləyə bilərsiniz.



Blog