Mətbəx mebelində fasad seçimi edərkən nələri bilmək lazımdır ?

Mətbəx Mebeli Fasad Seçimi

Mətbəx mebelində fasad seçimi edərkən nələri bilmək lazımdır ?

Dolabların keyfiyyətli materiallardan hazırlanmasıyla yanaşı mebel seçimində fasad vizuallığı ciddi əhəmiyyət kəsb edir. Həmçinin səhv seçilmiş fasadlar mətbəxin keyfiyyətinə ciddi təsir edə bilir. Bu blogumuzda sizlərə fasad növləri haqqında məlumat verəcik.

1. Ağac yönqarlı lövhələr.

Mətbəx mebeli fasad seçimində ağac yonqarlı lövhələr ən münasib hesab edilməsi və keyfiyyət baxımınan digər fasad çeşidlərindən aşağı olsada dizaynerlər tərəfindən düzgün seçilmiş dizayn son dərəcə  gözəl və modern görünə bilər.

f - Mətbəx mebelində fasad seçimi edərkən nələri bilmək lazımdır ?

Daha çox mətbəxdə sadə ab-hava yaradır. Mətbəx mebeli fasad seçimində belə fasadların əsas mənfi cəhəti, görünüşün daha ucuz olması, həmçinin keyfiyyətsiz istifadə edildikdə kənarlarında gələcəkdə  təhlükəsinin olmasıdır. Müsbət tərəfi daha münasib
qiymətli olması, həmçinin yaxşı dizayn edildikdə əla modern görünüş ala bilməkdədir.

2. Akril panellər.

Mətbəx mebelində fasad seçimi edərkən, Bu fasad növü MDF-in üzərində parlaq kağızın çəkilməsi ilə həyata keçirilir. Akril panellər müasir interyer üçün yaxşı seçimdir. Rəng, rəsm və ya şəkil MDF plitəsi üzərinə tətbiq edilir və şəffaf akril plitələrlə örtülür. Bu materialda bütün rəng effektləri və parıltı tətbiq etmək mümkündür. Akril paneli yalnız düz səthlərə örtülə bilər.

2016 10 25 193523 - Mətbəx mebelində fasad seçimi edərkən nələri bilmək lazımdır ?

 Həmçinin bir çox akril panellərin arxa tərəfi standart ağ rəngdə olur ki, bu da dizayndə fərqli görünüş verməyə çətinlik yaradır.

4. Menbran qapılar.

Uzun illərdir mətbəxlərdə tez-tez istifadə olunan membran örtüklü fasadlar parlaq və mat rəng seçimləriylə özünü təsdiq etmiş edən bir modeldir.Mətbəx mebeli fasad seçimlərində membranlı mətbəx fasadları daha çox country tərzi mətbəx modellərində daha çox istifadə  olunur. Menbran qapılar MDF üzərində PVC plenka ilə ürtülülür. Bu zaman mətbəxdə qıraq yerlər görünmür. Bu stilin üstün cəhətləri boya ilə müqayisədə daha büdcəyə uyğun olmasıdır. Buna baxmayaraq, mətbəxdə rütübət olduğu zaman bu qapılarda açılma olur və fasad qopa bilər.

202002241133255416700 - Mətbəx mebelində fasad seçimi edərkən nələri bilmək lazımdır ?

Qiymət olaraq daha münasib olsada, mətbəx mebeli üçün bu çox da əlverişli hesab edilmir. Buna baxmayaraq Mutfakçı mətbəxlərində biz, hava və yapışdırıcı qarışıqlı membran fasadlardan istifadə edirik ki, bu növ fasadlarda mətbəxi rütübətə maksimum davamlı edir.

5. Boya fasadlar.

Bu tip fasadların əsas üstünlüyü dizaynerlərimizə yaxşı imkanlar yaratmaqla yanaşı, mətbəxdə keyfiyyətidə təmin etməsidir. MDF  fasadlar zərif görünüşə malik olur, həmçinin funksional yükə malikdir. Mətbəx şkaflarının içərisində hava dövranını təşviq edir, yeməklərin sürətli qurulmasını və məhsulların praktik saxlanmasını təmin edir.

Mətbəx mebeli fasad seçimində boya fasadların yeganə mənfi cəhəti, istehsal vaxtının uzunluğu və təbii olaraq qiymətdir. Mutfakçı kolleksiyalarında ağac
effektli, ekoloji təmiz boyalardan istifadə edilir. Bu mətbəxin ömrünün uzanmasına, daha keyfiyyətli olmasına təsir edir. Amma təəsüf ki, bu ümumi mətbəx kolleksiyalarının qiymətinin digərlərinə nisbətən yüksək olur.

Seçilmiş fasaddan asılı olmayaraq mətbəx istehsalı prosesi etibar etdiyiniz  şirkət tərəfindən ciddi və keyfiyyətli şəkildə həyata keçirildikdə  hər 4 üsulda yüksək keyfiyyətli mətbəx mebeli almaq olur. Seçim üçün sadəcə, zövq və büdcənizi dəqiq qiymətləndirməlisiniz.

Mutfakçı mebel salonlarından klassik , modern, vintaj stilində olmaqla 50-ən çox kolleksiya və 400-ən çox mebel fasadı formasında, tam fərdiləşdirilmiş qaydada müştərilərimizə təklif edilir.

İlham verən fikirlər və yeniliklər üçün bloqlarımızı izləməyə davam edin.

Qeyd:   ( facebook , instagram  ) internet ünvanlarımızdan bizi izləyərək, paylaştığımız mətbəx mebelləri və interyer həllərini şəkillərini görə bilərsiniz və məlumat ala bilərsiniz.

Əlavə Bloglarımıza keçid üçün aşağıdaki linklərə klikləyə bilərsiniz.



Blog