Mətbəx Mebelində 3 Trend – 2021-ci İl Mətbəx Mebeli
Mətbəx Mebeli və İnteryer həllərində Yenilikçi və müasir dizayn ilə birlikdə qəbul olunan trendlər nələrdir ? Gündən-günə müasirləşən dizayn həllər – Mətbəx mebelində hansı yeniliklər var ? Bu yazımızda sizlərə 2021-ci mətbəx mebelində 3 trend istifadə haqqında məlumat verəcik.
Yeni mətbəx mebelinizin son trendlərə uyğun olmasını, mətbəxinizin sadəcə yemək bişirmə yeri deyil ” MƏNZİLİN ÜRƏYİ ” ailəniz-dostlarınızla xoş zaman keçirəcəyiniz yer olmasını istəyirsinizsə məsləhətlərimizdən yararlana bilərsiniz.
TREND 1.
Məkanların birləşməsi. Yeni dövrün mətbəxləri sadəcə yemək bişirmə yeri deyil, daha çox yeni bir yaşayış sahəsi və hətta qonaq otağı sahəsi kimi qəbul edilir və bu səbəbdən göstərilən diqqət yüksək səviyyədə olmalıdır. Mənzilinizdə divarların götürülməsi – minimum divar olması. Qonaq otağında mətbəx mebeli və ya mətbəxdə qonağ otağı və s.
Müasir mətbəx artıq yalnız yemək bişirmə yeri deyil. Mətbəxdə trendə uyğun olaraq böyük adalardan istifadə edərək evin estetik və funksional quruluşunda özünəməxsus bir axıcılıq və müasirlik yaradacaqsınız. Mətbəx evin ürəyidir deyə bildirmişdik sizlərə, bu nümunə üzərindən misal çəkəcək olarsaq mətbəx adası da mətbəxin ürəyi hesab olunur.
Müasir mətbəx interyerində artıq mətbəxə ayrılacaq sahələri artırır. Mətbəx otağı artıq yeni statusda çıxış edir. Geniş adalardan istifadə olunması mətbəx sahəsini tam fərqli və daha çox sevilən vəziyyətə gətirir. Mutfakçı olaraq təqdim etdiyimiz kolleksiyalar 2021 ilin mətbəx trendlərinə uyğun hazırlanır. Və yeni kolleksiyamızda da trendə uygun geniş adadan istifadə olunmuşdur.
TREND 2
Mətbəx mebelində təbii elementlərdən istifadə. Trendə uyğun olaraq evin ən önəmli sahələrindən olan mətbəxə təbii elementlər gətirmək. Dəmir, şüşə, daş, ( Ağac, beton və s. ) Dizaynda bu elementlərdən istifadə edərək insanla təbiət arasındakı əlaqə gücləndirilir. Beləliklə təbiəti evinizə gətirə bilər və onu daha yaxın hiss edəcəksiniz.
Trendə uyğun olaraq mətbəx mebelində üst və ya alt dolablarda beton və ya ağac teksturalı fasadlardan zövqünüzə görə seçim edə bilərsiniz. Bununla mətbəxinizdə vizul olaraq təbii və çox gözəl görüntü əldə edə bilərsiniz.
Həmçinin mətbəx mebeli dizaynında dəmir və ya şüşə elementləri ayrı-ayrı və ya birlikdə istifadə edərək interyerdə fərqli hisslər yarada bilərsiniz. Xüsusilə qara rəngli metal və şüşənin birləşməsi mətbəxinizin dizaynında dəyişiklik yaradacaqdır.
TREND 3
Mətbəx mebelində rəng seçimi. Xüsusi rəng blokları. Qara və tünd rənglərdən istifadə.
Yeni trendə uyğun olaraq mətbəx mebellərində tünd və qara rənglər daha çox istifadə olunur. Həmçinin mətbəx mebellərində mono rəng palitrası təyin edilir və nəticədə mətbəx mebeli rəngli görünür. Bunlar arasında xüsusilə qara-boz və tünd rənglər bu ilin trendlərini müəyyənləşdirir.
Qara və ya tünd rənglərdən istifadə – cəsarətli görünən bu qərardan heç vaxt peşman olmazsınız. Mətbəxinizdə qara rəngdən istifadə edərək həm müasir, həm də trendə uyğun mətbəx mebelinə sahib ola bilərsiniz. Xüsusilə böyük mətbəxi olan evlərdə qara və ya tünd rənglərdən istifadə etmək çox yaxşı bir seçim olardı.
Yuxarıda qeyd etdiyimiz Mətbəx Mebelində 3 Trendə Mutfakçıda dizaynerlərimiz ciddi əhəmiyyət verir və mətbəx mebelində daha gözəl görüntü əldə edərək Mutfakçı fərqini daha önə çıxarır.
Mutfakçı olaraq təqdim etdiyimiz kolleksiyalar 2021 ilin mətbəx trendlərinə uyğun hazırlanır. Mutfakçı Bakı mebel salonunda bu mətbəx mebeli ilə ətraflı tanış ola bilərsiniz. Dizaynerlərimiz Kolleksiyada bir neçə yeni metbex mebeli trendindən istifadə etmişlər.
Ətraflı məlumat üçün055 270 00 15 bizimlə əlaqə saxlayın.
Qeyd: ( facebook , instagram ) internet ünvanlarımızdan bizi izləyərək, paylaştığımız mətbəx mebelləri və interyer həllərini şəkillərini görə bilərsiniz və məlumat ala bilərsiniz.
Əlavə Bloglarımıza keçid üçün aşağıdaki linklərə klikləyə bilərsiniz :