Mətbəx mebeli planlaması necə olmalıdır?

Mətbəx mebeli planlaması necə olmalıdır? 3 bucaq qaydası nədir?

Mətbəx mebeli planlaması necə olmalıdır –  Mətbəx mebeli dizaynı qaydalarını öyrənmək istəyirsiniz?  Bu blogumuzda, düzgün mətbəx mebeli  planlaması,  qarşısını almalı olduğumuz səhvlər və mətbəx dizaynındakı  qızıl qayda olan ÜÇBUCAQ QAYDASI barədə sizə məlumat verəcəyik.

Müasir mətbəx otağı gün ərzində ailəmizlə zaman keçirdiyimiz, yeməklər bişirib, təmizlik etdiyimiz sahədir. Kiçik və ya böyük olmasından asılı olmayaraq, mətbəximizdən gözlədiyimiz, təmiz, geniş və gözlərimizə gözəl görünməsidir.

Mətbəx evdə daha çox zaman keçirdiyimiz otaq olduğu üçün, mətbəx planlamasında  mətbəx erqonimikasının qızıl qaydalarından biri olan üçbucaq qaydasından istifadə olunur, Bu üsul ilk dəfə Almaniyada ixtira edilsədə, hal-hazırda Mutfakçı mətbəxlərində ciddi şəkildə tövsiyyə edilir. Mətbəx Otağının – Mətbəx mebelinin planlaması mətbəxdə daha az yorularaq daha rahat iş görülməsini təmin edir.

Mətbəx mebeli planlaması –  Mətbəx alarkən mətbəxinizin geniş və ya yığcam olmağına görə seçiminizi etməlisiniz. Mətbəxiniz kiçikdirsə siz burada U şəkilli, L şəkilli və ya düz mətbəx mebeli seçə bilərsiniz ki, bu zaman da düzgün, nizamlı şəkildə mətbəx mebelinizi nizamlamaq üçün mətbəx üçbucağını yaratmalısınız.

Mətbəx mebeli planlaması necə olunmalıdır – Mətbəx üçbucağı

3bucaq 300x207 - Mətbəx mebeli planlaması necə olmalıdır?

Mətbəx üçbucağı mətbəxdə sizin rahat hərəkətinizi, işlərinizin görülməsini rahatlaşdıran qaydadır. Mətbəxdə qurulan bütün detallar bu hərəkət bucağına uyğun olaraq dayaması çox vacibdir. Belə olduqda biz mətbəxdə daha təhlükəsiz və az enerji sərfi ilə hərəkət edə bilərik.

RENDER1 - Mətbəx mebeli planlaması necə olmalıdır?

Mətbəx üçbucağı, saxlama sahəsi, bişirmə sahəsi və yuma hisssəsinin düzgün yerləşdirilməsidir. Mətbəxdə bu 3 hissədən çox istifadə edildiyindən onların düzgün şəkildə mətbəxdə yerləşdirilməsi iş görülməsini, mətbəx içində gediş-gəlişi asanlaşdıracaq. Bu vəziyyətdə  mətbəx üçbucağını təmin etmək kifayətdir.

 Beləliklə, qeyd edəcəyiniz ilk qayda bu bölmələri yan-yana qoymamaqdır.

Mətbəx mebeli  planlaması – Mətbəxdə iş görən təxminən bütün iş saatının 50%-i çanağın yanında keçirir. Buna görə də çanaq, mətbəxdə iş sahəsinin mərkəzində, həm sobaya həm də soyuducuya yaxın yerləşdirilməlidir.  Yəni soba ilə soyuducunun tam ortasında yerini almalıdır.

Bişirmə sahəsi – Qaz sobası elə yerləşdirilməlidir ki, həm soyuducu, həm çanaq, həm də  saxlama dolabına yaxın olmalıdır. Bu sıralama sizə yemək bişirərkən rahatlıq yaradacaq.

Mətbəxüçbucaqə 300x169 - Mətbəx mebeli planlaması necə olmalıdır?

Mükəmməl və rahat mətbəx otağında, mətbəx mebeli planlaması –  qızıl 3 bucaq qaydasına riayyət edilir. Mutfakçı mətbəxlərində təmir prosesindən əvvəl, dizaynerlərimiz evə gedir və sözü gedən prinsipi dizaynlarda tətbiq edirlər. Təsadüfi deyil ki, mükəmməl mətbəx ilk olaraq planlamadan başlayır.

Düzgün şəkildə planlaşdırılmış mətbəx mebelinə sahib olmaq istəyirsinizsə, mətbəxinizin dizaynını tam əminliklə Mutfakçı Design Center-in təcrübəli dizaynerlərinə əmanət edə bilərsiniz.

Qeyd edək ki, Dizayn xidmətindən tam ödənişsiz yararlana bilərsiniz.

Ətraflı məlumat üçün 055 270 00 15  bizimlə əlaqə saxlayın.

Qeyd:  ( facebook , instagram  ) internet ünvanlarımızdan bizi izləyərək, paylaştığımız mətbəx mebelləri və interyer həllərini şəkillərini görə bilərsiniz və məlumat ala bilərsiniz.

Əlavə Bloglarımıza keçid üçün aşağıdaki linklərə klikləyə bilərsiniz :



Blog