Yaşayış Kompleksi – Giriş, Xoll, Resepşn interyer həlli

PARK TOWER 5 584x390 - Yaşayış Kompleksi - Giriş, Xoll, Resepşn interyer həlli

Yaşayış Kompleksi İnteryer Həlli

Ağ Şəhərdə Mutfakçı Dizayn Mərkəzi tərəfindən təhvil verilmiş Yaşayış Kompleksində məkana özəl təqdim etdiyimiz həlləri sizlərə təqdim edirik.

Yaşayış mərkəzi hesab edilən Altem Tower Yaşayış Kompleksində  məkana özəl təqdim etdiyimiz interyer həllində təbii şpon, yüksək keyfiyyətli parlaq boyadan istifadə etməklə kübar görüntü yaradılmışdır. Altem Tower premium yaşayış kompleksin də, şirkətimiz giriş-xoll interyer həlli ilə yanaşı həmçinin nümunə mənzillər olaraq çox sayılı mebel həlləri təqdim etmişdir.

Yaşayış Kompleklərinin giriş hissəsində ən cəlbedici zonası resepşndır. Bu zonanın əhəmiyyətini nəzərə alaraq, hər bir yaşayış kompleksinin, özəl binaların və s.  müxtəlif məkanların resepşn hissəsinin orijinal, şık və dəbdəbəli bir şəkildə etməyə çalışması təəccüblü deyil. Ağ şəhərdə təhvil verdiyimiz layihəmizdə yaşayış mərkəzinin məkana özəl resepşn mebeli hissəsində mümkün qədər eksklyuziv  etməyə və həmçinin binanın ümumi dizayna uyğun gəlməsinə çalışmışıq.

PARK TOWER 14 - Yaşayış Kompleksi - Giriş, Xoll, Resepşn interyer həlli

İstənilən tikilinin çöl görünüşü qədər, içərisidə vacibdir. Yaşayış komplekslərində, Bina girişlərində, Gözləmə yerlərində, Resepşn hissələrində adətən giriş – çıxış çox olduğu üçün Məkanlara verdiyimiz  360 dərəcə interyer həllərində ilk növbədə önəm verdiyimiz amil istifadə olunan hər bir detayın  yüksək keyfiyyətli olmasıdır.

8 300x300 - Yaşayış Kompleksi - Giriş, Xoll, Resepşn interyer həlliMutfakçı Dizayn Mərkəzi olaraq Ağ şəhərdə təhvil verdiyimiz Premium Yaşayış kompleksində Binanın giriş, xoll dəhliz, məkana özəl resepşn mebeli, qapılar, keçidlər və divarların üzlənməsi həyata keçirilmişdir.

10 300x300 - Yaşayış Kompleksi - Giriş, Xoll, Resepşn interyer həlli

Yaşayış kompleksinə verilmiş interyer həllində şirkətimiz bir neçə materiallardan istifadə edir:

  1. Parlaq boya. Burada əsas üstünlük binanın giriş hissəsinə xüsusi ab-hava verməkdir. Bunu daha çox premium yaşayış komplekslərində etmək effektiv olur.

  2. Təbii şpon. Adətən şpon, interyerə xüsusi istiliklə yanaşı, özünə məxsus gözəllik verir. Şirkətimiz şpon vurulma prosesində xüsusi ağac növlərindən istifadə edir ki, bu da estetik gözəlliklə yanaşı, keyiyyətli olur.

  3. Ağac yonqarlı panellər. Burada Mutfakçı olaraq Egger və ya Türkiyyə istehsalı olan panellərdən istifadə edirik. Bu təbii görünüşlə yanaşı, büdcəyə ciddi qanəyət edir.

Yaşayış Kompleksi interyer həllində Giriş hissəsində məkana özəl olan Resepşn mebeli bölməsinin arxa hissəsi Hafele   brendinin işıqlarıyla xüsusi görünüş verilmiş yüksək keyfiyyətli  təbii şpondan hazırlanmış gizli dolablarla təchiz olunmuşdur.PARK TOWER 18 - Yaşayış Kompleksi - Giriş, Xoll, Resepşn interyer həlli

Layihə meneceri kimi, şirkətimiz tərəfindən Cavid Rəhimov iştirak etmişdir və bina girişinə 360 dərəcə interyer həlli təqdim edilmişdir.

Şirkətimiz  ekskuliziv mətbəx kolleksiyaları ilə yanaşı məkana özəl  interyer həlləri daşınmaz mebellər, divar üzlənməsi, ofis və iş yerlərinin mebelləşdirilməsində ixtisaslaşmışlar. Şirkətimiz Bakı və bölgələr olmaqla 10 satış nöqtəsinə sahibdir. Sizdə istənilən dizayn həllini və ofis,bina və s. obyektlərinizin mebellşdirilməsi prosesini bizə etibar edə bilərsiniz.



Digər Layihələr

  • OFİS Mebeli 220x150 - Ofis Mebeli - Ofis Mebelləri və İnteryer Həlli
  • Ofis Mebeli – Ofis Mebelləri və İnteryer Həlli

  • 165 4 220x150 - Ağ Şəhər Nümunə Mənzil Layihəsi
  • Ağ Şəhər Nümunə Mənzil Layihəsi

  • AV AZ 220x150 - Məktəb Mebeli - Avropa Azərbaycan Məktəbi İnteryer Həlli
  • Məktəb Mebeli – Avropa Azərbaycan Məktəbi İnteryer Həlli

  • ououou 220x150 - Kitabxana Mebeli - Təhsil Mərkəzi İnteryer Həlli
  • Kitabxana Mebeli – Təhsil Mərkəzi İnteryer Həlli

  • sinif 220x150 - Məktəb Mebeli - Təhsil Mərkəzi Layihəsi
  • Məktəb Mebeli – Təhsil Mərkəzi Layihəsi

  • Ekran Resmi 2020 07 21 11.36.01 220x150 - WC Kabinlər - Caspian Plaza interyer həlli
  • WC Kabinlər – Caspian Plaza interyer həlli

Sifariş et