Uşaq Bağçası – Brave Kids interyer həlli

brave 584x390 - Uşaq Bağçası - Brave Kids interyer həlli

Uşaq Bağçası – Brave Kids interyer həlli layihəsində Mutfakçı Dizayn Mərkəzi tərəfindən  mebel və ümumi interyer həlli təhvil verilmişdir.

İstənilən tədris prosesində mebel böyük əhəmiyyət kəsb edir. Uşaq bağçası layihəsində təqdim olunan mebel və interyer həlləri funksional, keyfiyyətli və davamlı olmasıyla yanaşı həmçinin ekoloji təmiz və sağlamlığa ziyansız olmalıdır. Bu səbəbdən şirkətimiz layihədə aparıcı ağac istehsalçısı olan EGGER şirkətinə məxsus xammallardan istifadə etmişdir.

Ağ Şəhərdə təhvil verilmiş Uşaq Bağçası – Brave Kids layihəsində Mutfakçı şirkəti olaraq yemək otaqları, istirahət – yataq otaqları, WC kabinlər, işçi və pedagoji personal üçün mebellər və duvarların üzlənməsi həyata keçirilmişdir. İstifadəyə verilmiş uşaq bağçasında istifadə olunan rəng çalarları, dizayn elementləri  və əlbətdəki keyfiyyət parametirləri tam olaraq qorunmuşdur.

1.Mertebe 1 300x225 - Uşaq Bağçası - Brave Kids interyer həlli

Yuxarıda qeyd etdiklərimizlə  yanaşı layihə çərçivəsində şirkətimiz resepşn, qarşılama yerləri, tavan üzləmə, divar üzləməsinidə həyata keçirmişdir.

1.Mertebe 6 300x225 - Uşaq Bağçası - Brave Kids interyer həlli

Uşaq Bağçası – Brave Kids layihəsində estetik görünüş ilə yanaşı  xüsusi olaraq interyer həllində təbii şpon və ağac lövhələrdən istifadə olunmuşdur.

1.Mertebe 2 300x225 - Uşaq Bağçası - Brave Kids interyer həlli

1A 300x225 - Uşaq Bağçası - Brave Kids interyer həlli

Həmçinin mebellərdə olan, yan qapama sistemi ekoloji təmiz kənar bantlarla yapışdırılmışdır ki, buda mebeldə davamlılığı artırır. Mebeldə belə materiyalların istifadəsi, uzunömürlülük və keyfiyyətli olmasıyla yanaşı, həmçinin ekoloji baxımdan tam təhlükəsizdir.

1B 300x225 - Uşaq Bağçası - Brave Kids interyer həlli

1C 300x225 - Uşaq Bağçası - Brave Kids interyer həlli

Layihə meneceri kimi, şirkətimiz tərəfindən Cavid Rəhimov iştirak etmişdir və  360 dərəcə interyer həlli təqdim edilmişdir. Uşaq Bağçası – Brave Kids lahihəsində dizaynerlərimizlə yanaşı, istehsal – montaj komandamızda fəaliyyət göstərib. Montaj prosesidə şirkətimiz tərəfindən  həyata keçirilmişdir.

Uşaq bağçası mebeli istehsal prosesində şirkətimiz aşağıdakı elementləri ciddi fikir verir:

  • Mebelin ekoloji materiallardan olması. Uşaq bağçası üçün istehsal edilən mebellərdə tam ekoloji qaydaların qorunması.

  • Mebelin davamlı və keyfiyyətli olmasına zəmanət vermək. Baxça üçün olan mebellər xüsusi keyfiyyət standartları ilə istehsal edilir. Bu zaman mebelin keyfiyyəti ilə yanaşı, həmçinin istifadə müddətində uşaqlar üçün təhlükəsizliyi qorunur.

  • Mebelin fərdi dizayner layihəsi ilə hazırlanılması. Çox vacibdir ki, uşaq baxçası mebeli uşaq psixologiyasına düzgün təsir etsin, onların daxili dünyasını zənginləşdirsin. Həmçinin obyektin kommersiya tərəfləri, yer paylaşdırılması nəzərə alınmalıdır.

Mutfakçı Dizayn Mərkəzi olaraq şirkətimiz müştərilərimizə yalnız mətbəx mebeli deyil istənilən interyer həlllərində( daşınmaz mebellər,divar üzləməsi, ofis və iş yerlərinin mebeləşməsi və s. ) ixtisaslaşmışdır.

 



Digər Layihələr

  • OFİS Mebeli 220x150 - Ofis Mebeli - Ofis Mebelləri və İnteryer Həlli
  • Ofis Mebeli – Ofis Mebelləri və İnteryer Həlli

  • 165 4 220x150 - Ağ Şəhər Nümunə Mənzil Layihəsi
  • Ağ Şəhər Nümunə Mənzil Layihəsi

  • AV AZ 220x150 - Məktəb Mebeli - Avropa Azərbaycan Məktəbi İnteryer Həlli
  • Məktəb Mebeli – Avropa Azərbaycan Məktəbi İnteryer Həlli

  • ououou 220x150 - Kitabxana Mebeli - Təhsil Mərkəzi İnteryer Həlli
  • Kitabxana Mebeli – Təhsil Mərkəzi İnteryer Həlli

  • sinif 220x150 - Məktəb Mebeli - Təhsil Mərkəzi Layihəsi
  • Məktəb Mebeli – Təhsil Mərkəzi Layihəsi

  • Ekran Resmi 2020 07 21 11.36.01 220x150 - WC Kabinlər - Caspian Plaza interyer həlli
  • WC Kabinlər – Caspian Plaza interyer həlli

Sifariş et