Divar rəflərinin ev dekorasiyasında rolu

Divar rəflərinə ev dekorasiyasında o qədər əhəmiyyət verilməsə də açıq  divar rəfləri, dekorasiyada fərqiliyi ilə seçilir. Evinizi dizayn edirinizsə hər bir detal üzərində ayrılıqda düşünüb qərar verməlisiniz. Divar rəfləri dekor zamanı ilk öncə gözə görünməsə də əslində ev dekorunun əksik hissələrini tamamlayır. Kiçik rəf belə otağın bütün aurasını dəyişməyə kömək ola bilər. Divar rəfləri həm istifadə baxımından funksional olub, həm də estetik baxımdan otağa gözəl görüntü verir.

Divar rəfləri ilə evə necə fərqlilik qatmaq olar?

Divar rəflərini siz mətbəxdə, yemək otağında, yataq otağında istifadə edə bilərsiniz. Bir sözlə evinizin hər bir hissəsində rəflərdən istifadə edə bilərsiniz. Rəflər həm qapaqlı, formada, həm də açıq şəkildə istifadə də olunur. Açıq rəflər çox vaxt dekorativ məqsəd daşıyır və sırf görünüşə xitab edir. Kiçik eviniz varsa rəfi divarın içində yerləşdirməyiniz yer qazanma baxımından mükəmməl olar. Bu depolama məqsədi daşısa da fərqli dizaynla gözəl görüntü yarada bilər.

Mətbəxdə divar rəfləri.

Mətbəx bildiyimiz kimi əsasən dolablardan ibarət olur və bir çoxumuz mətbəxdə dekorasiyaya önəm vermirik. Belə olduğu halda mətbəx çox sıxıcı bir hala gəlir.  Mətbəxinizi sıxıcı hala gətirməmək üçün siz dekorativ açıq rəflərdən istifadə edə bilərsiniz. Açıq rəflər həm funksionallığı həm də estetik görünüşü özündə əks etdirir.

metbex aciq ref dekoru - Divar rəflərinin ev dekorasiyasında rolu

metbex refi dekoru - Divar rəflərinin ev dekorasiyasında rolumetbexde aciq ref dekoru dizayn - Divar rəflərinin ev dekorasiyasında rolumetbexde aciq ref dekoru1 - Divar rəflərinin ev dekorasiyasında rolumetbexde aciq ref dekoru - Divar rəflərinin ev dekorasiyasında rolumetbex aciq ref dekoru - Divar rəflərinin ev dekorasiyasında rolu

Qonaq otağında divar rəfləri.

Qonaq otağına açıq rəf sistemi qurmaqla həm depolama cəhətdən siz əlavə yer qazanmış olacaqsınız həm də gözəl görüntü yaradacaqsınız. Otağın sadəliyindən qurtulmaq baxımından bunun çox düzgün seçim olacağına inanırıq. Siz bu açıq rəflərə kitab, saat, çərçivə və başqa dekorasiya yaradacaq əşyalar qoya bilərsiniz. TV stendi açıq rəf şəklində də yığmaq gözəl görüntü verəcək.

qonaq otagi divar refleri - Divar rəflərinin ev dekorasiyasında roluqonaq otagi dekor refleri - Divar rəflərinin ev dekorasiyasında roluqonaq otagi dekor refi - Divar rəflərinin ev dekorasiyasında roluqonaq otag dekor ref - Divar rəflərinin ev dekorasiyasında rolu

Yataq otağı divar rəfləri.

Yataq otaqlarının dekorasiyası, çətin olmağına baxmayaraq çox zövq alaraq dizayn edilən bir yerdir. Yataq otaqları çox vaxt açıq rənglərdə dizayn edildiyi üçün otağa dekor xarakterli əşyaların əlavə edilməməyi oranı çox sıxıcı və çox sadə hala gətirə bilər. Bunun üçün biz otağı qarışıq hala gətirmədən oraya əlavələr edə bilərik.

yataq otagi dekor ref - Divar rəflərinin ev dekorasiyasında rolu yataq otagi ref dekoru - Divar rəflərinin ev dekorasiyasında rolu yataq otagi ref dekoru dizayni - Divar rəflərinin ev dekorasiyasında rolu yataq otagi ref dizayn 1 - Divar rəflərinin ev dekorasiyasında rolu

Uşaq otağı divar rəfləri.

Uşaq otaqları uşaqların ən çox vaxt keçirdikləri yer olub, valideyinlərin ən çox diqqət ayırdıqları yerdir. Bu yerin düzgün dizayn olunması həm valideyin üçün, həm də o otaqda bütün gününü keçirən uşaq üçün çox vacibdir. Uşaqların yaşlarına görə otaqlarından istifadə etmələri də fərqli olur. Məsələn, uşaqlar yaşlarından asılı olaraq otaqda oyuncaqları ilə oyun oynayır, kitab oxuyur və ya dərslərini hazırlayırlar. Uşaq otaqlarında rəflər otağın daha səliqəli olmasını təmin edəcək. Bu rəflər uşaqların maraq dairəsi əsasında dizayn edilməlidir. Məsələn, uşaq kiçikdirsə rəfləri daha rəngarəng edib, rəflərə oyuncaqlar yerləşdirmək olar. Uşaq biraz daha böyükdürsə nağıl kitablarını və ya dərsliklərini yerləşdirmək mümükündür.

usaq otagi divar refi dekor - Divar rəflərinin ev dekorasiyasında rolu

usaq otaqi divar refi dekor - Divar rəflərinin ev dekorasiyasında rolu

usaq otagi divar refleri1 - Divar rəflərinin ev dekorasiyasında rolu

usaq otagi divar refleri2 - Divar rəflərinin ev dekorasiyasında roluusaq otagi divar refi - Divar rəflərinin ev dekorasiyasında roluusaq otagi divar refi dizayni 1 - Divar rəflərinin ev dekorasiyasında roluusaq otagi divar refleri - Divar rəflərinin ev dekorasiyasında rolu

Mutfakçı olaraq sizə bu blogda evinizdə açıq rəf sistemini necə yerləşdirəcəyinizə dair bir neçə üsul təqdim etdik. Evinizi dizayn edərkən açıq rəflərdən istifadə evinizi çox sadə və sıxıcı hala gəlməkdən qurtaracaq.

 

 

 

 



Blog