Metbex Mebelleri 2019

Ev dekorasiya trendləri eyni ilə geyim sektoru kimi daim dəyişir, yenilənir. Hər dövrün müəyyən rəngləri və dizaynları olur. Biz Mutfakçı Mobilya olaraq bu yazıda dünyanın ən böyük mətbəx mebeli sərgisi olan “Living Kitchen”də sərgilənən yeni mətbəx trendlərini sizə təqdim edəcəyik.

metbex,mebeli,mətbəx,living,kitchen,dekorasiya,dekor,dizayn,modern,2019,il,deb,kuxna,kitchen

Ən yeni fikirlərdən, trendlərdən və mətbəx üçün həyəcan verici həllərdən ilhamlanan “Living Kitchen”, beynəlxalq mətbəx sektoru üçün əsas hadisədir. Burada hazırlanan yeni konsepsiyalar mətbəx sənayesinin gələcəyi üçün yenilikçi və həyacan verici bir trend vəd edir.

metbex,mebeli,mətbəx,living,kitchen,dekorasiya,dekor,dizayn,modern,2019,il,deb,kuxna,kitchen

Living Kitchen nədir?

“Living Kitchen”, sabahın mətbəx dizaynı nədir? mətbəx yaşamımıza necə ağıllı həlləri tətbiq edə bilərik? kimi suallarımıza cavab verən bir tədbirdir.

Müasir mətbəxlər indiki dövrümüzdə artıq xanımların yemək bişirdiyi yer anlayışından çıxıb, daha çox insanların gün ərzində evdə ən çox vaxt keçirdiyi yerə çevrilib. Artıq gün keçdikcə mətbəxlər həm də oturma otağına çevrilir. Buna görə də bu yerin düzgün dekorasiyası evin digər otaqlarından daha vacib olmalıdır.

metbex,mebeli,mətbəx,living,kitchen,dekorasiya,dekor,dizayn,modern,2019,il,deb,kuxna,kitchen

Mətbəx dekorasiyasında material seçimi çox vacibdir. Bu il də ağac, daş və şüşənin birlikdə istifadəsi öz möveyini qoruyacaqdır.

2019-cu il mətbəx trendləri arasında təbii ağacın istifadəsi əsas yer tutur. Üzərində heç bir dəyişiklik edilməyən ağaclar bu ilin dəbləri arasında ön sıralarda gəlir.

metbex,mebeli,mətbəx,living,kitchen,dekorasiya,dekor,dizayn,modern,2019,il,deb,kuxna,kitchen

2019-cu ilin ən populyar rəngləri.

Neytral rənglər hər zaman mətbəx mebeli dizaynında populyardır. 2019-cu il üçün neytral rənglər sayılan tünd boz və krem tonları üstünlük təşkil edəcəkdir.

Boz, olduğu məkana zəriflik qatan bir rəngdir. Hər zaman dəbdə olan rəng olmasa da bir çox illərin populyar rəngləri sırasındadır. Bu rəngin ən böyük üstünlüyü ondan ibarətdir ki bir çox rənglərlə uyğunluq içində ola bilir. Boz rəngi istər neytral, istərsə də canlı rənglərlə uyğunlaşdıra bilərsiniz. Lakin, bu il neytral rənglər üstünlük təşkil etdiyinə görə boz rəngi solğun açıq tonlarla uyğunlaşdırmağınız daha düzgün olardı.

metbex,mebeli,mətbəx,living,kitchen,dekorasiya,dekor,dizayn,modern,2019,il,deb,kuxna,kitchen

Qara, həm geyim sektorunun, həm də mebel sektorun bütün illər üzrə əvəzedilməz rəngidir. Xüsusi ilə, 2019-cu il üçün mebel sektorunda qara rəngin istifadəsi digər illərə nisbətən daha qabarıq şəkildə özünü göstərir. Qara rəng hər zaman modern mətbəxlər üçün uyğundur və bu rəngin rahat təmizləmə üstünlüyü vardır. Əgər mətbəxiniz çox sıxıcı görünərsə təbiət rəngi olan yaşıl rəngin tonlarını və ya ağ rəngi qara rənglə kombinasiya edə bilərsiniz.metbex,mebeli,mətbəx,living,kitchen,dekorasiya,dekor,dizayn,modern,2019,il,deb,kuxna,kitchen

Ağ rəng ümumiyyətlə dəbdən düşməyən bir rəngdir, evinizə rahatlığı, genişliyi bəxş edəcək. 2019-cu ildə isə ağ rəngin özü yox, daha çox ağ rəngin kremə çalan tonaları dəbdə olacaqdır.

metbex,mebeli,mətbəx,living,kitchen,dekorasiya,dekor,dizayn,modern,2019,il,deb,kuxna,kitchen

Ümid edirik ki, bu yazımız sizin mətbəx seçimi fikrinizdə kömək ola bildi.

Ada mətbəx modellərinin seçimi blogumuzu sizə oxumağı tövsiyə edirik.



Blog